Çərşənbə axşamı, 21 May

Rus hakerlər 2500 Ukrayna kəşfiyyatçısının məlumatlarını yaydı

image

“RaHDit” (“Qəzəbli rus hakerləri”) haker qrupu Ukrayna Ordusu Baş Kəşfiyyat İdarəsinin (QUR) 2500 əməkdaşı və onlarla əlaqəli şəxslər haqqında yeni məlumat yayıb. Xəbər verilir ki, məlum informaiya iyulun 7-də "Nemezida" saytında dərc edilib.

Rusiya mətbuatı yazır ki, bu artıq "RaHDit" rus hakerlər qrupunun dərc etdiyi sənədlərin ikinci hissəsidir. Ümumilikdə isə bu dəfə yayılan informasiyada 3 minə yaxın şəxsin məlumatları yerləşdirilib. Bura həm QUR-un əməkdaşları, həm onlarla birgə yaşayan qohumlar, həm də idarənin hesablarından ödəniş alan şəxslər haqqında məlumatlar daxil edilib.

Eyni zamanda, dərc olunan məlumatlarda QUR əməkdaşlarının məhkəmə işləri və mənfi aludəçilikləri barədə də informasiyaları əldə etmək olar. Qeyd edilir ki, xüsusən də, onların arasında narkotik aludəçisi olanlar, o cümlədən quldurluq, soyğunçuluq, qanunsuz silah və narkotik vasitələrin dövriyyəsinə görə, habelə zorlama cinayətləri səbəbindən məhkum olunanlar da var.

Bildirilir ki, Ukrayna kəşfiyyatı ilə əlaqədə olan şəxslər haqqında bütün məlumatlar hakerlər tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinə işləyən internet-agent şəbəkəsini ifşa etmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41