Bazar, 28 Aprel

Rusiya ordusu Zaporojyeni atəşə tutdu — ölən və yaralananlar var

image

Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xəbər verilir ki, ruslar Vasilyevka şəhərində bir neçə yaşayış binasına və özəl sektorda tikililərə, dəmiryol vağzalındakı depoya ziyan vurub, mağazanı dağıdıblar.

Zaporojye Vilayət Hərbi Administrasiyasının spikeri, polkovnik İvan Arefiyev bildirib ki, Rusiya Silahlı Qüvvələrinin mövqeləri Mixaylovka və Orlyanskoye kəndlərini atəşə tutublar.

“Vasilyevka şəhərinin artilleriya atəşi nəticəsində şəhərin mərkəzində və özəl sektorda bir neçə yaşayış binasına ziyan dəyib, Tavriyskdə ərzaq mağazası və anbar dağıdılıb. Dəmiryol vağzalına ziyan dəyib. Rusların atəşə tutması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb”.

Qeyd olunur ki, işğalçılar Ukrayna Silahlı Qüvvələrini gözdən salmaq üçün Rusiya televiziyası üçün təbliğat materialları çəkmək üçün bu gün Vasilyevkaya öz media nümayəndələrini göndərməyi planlaşdırırlar.

Müharibə başlayandan Zaporojye vilayətində vəziyyət ağırdır, ruslar mütəmadi olaraq bu vilayətin şəhərlərini atəşə altında saxlayırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39