Bazar, 28 Aprel

İran Rusiyaya silah vermədiyinə TƏMİNAT VERDİ - Kuleba

image

İran Rusiyaya silah vermədiyinə təminat verib.

Xəbər verilir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığından sonra Twitter-də yazıb.

İran Ukraynaya qarşı müharibə üçün ortaqlar vasitəsilə Rusiya Federasiyasına silah tədarük etmədiyinə təminat verib.

“İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı ittihamları təkzib etdiyinə, eləcə də Ukraynaya tibbi heyət göndərdiyinə görə minnətdaram”, – deyə Kuleba bildirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, ruslar ölkənin siyasi rəhbərliyinin razılığı ilə sanksiyaya məruz qalan, o cümlədən hərbi malların Gürcüstan ərazisindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün kanal yaradırlar.

Gürcüstanda da əmindirlər ki, Rusiya Federasiyasına sanksiyalardan yan keçməyə kömək etmirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39