Bazar ertəsi, 29 Aprel

Rusiya agentlərinin kimliyi AÇIQLANDI

image

Ukrayna Sovet İttifaqı dövründə KQB-nin davamı olan Rusiya Təhlükəsizlik Xidmətində (FSB) çalışan, daxili təhlükəsizlik və kəşfiyyat fəaliyyətindən məsul olan 620 məxfi agentin şəxsiyyətini açıqlayıb.

Xəbər verilir ki, Ukraynanın açıqladığı siyahıya agentlərin etimadnamələri, telefon nömrələri, ev ünvanları, maliyyə məlumatları və hətta yemək vərdişləri daxil edilib. Siyahıdakı FSB agentlərindən birinin "Skype"da “jamesbond007” adlandırılması diqqət çəkib. 

Ukrayna rəsmiləri siyahıda yer alan rus agentlərinin Avropa ölkələrində “cinayət işlərində əli olduğunu” iddia edib. Ukrayna səlahiyyətliləri agentlər haqqında bu məlumatın necə əldə edildiyini açıqlamayıb, lakin Rusiya kəşfiyyat bölmələrinə köhnə sızıntılardan istifadə edildiyi təxmin edilir.

“Moskvanı utandıracaq sızma” kimi xarakterizə edilən açıqlama Rusiya prezidenti Vladimir Putinin bəzi yüksək rütbəli FSB üzvlərini ev dustaqlığına göndərdiyinə dair xəbərlərdən sonra baş verib. Bildirilib ki, özü də keçmiş KQB agenti olan Putin Ukraynaya müdaxilə ilə bağlı həssas planların Qərb kəşfiyyat qurumlarına sızdırıldığından şübhələndiyi üçün bu addımı atıb.

Putinin Ukrayna müharibəsindəki uğursuzluqlarda Rusiya kəşfiyyatını günahlandırdığı da iddia edilib. Saxlanılanlar arasında FSB-nin xarici kəşfiyyat bölməsinin rəhbəri Sergey Beseda və onun müavini Anatoli Bolyuk da var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39