Çərşənbə axşamı, 21 May

Rusiya Belarus ordusundan yem kimi istifadə edəcək

image

Rusiya Belarus ordusundan yem kimi istifadə etmək istəyir, ona görə də böyük qurbanlar olacaq. Bu isə Belarusun özündə ciddi siyasi təlatümlər yaradacaq.

Xəbər verilir ki, bunu ukraynalı siyasi ekspert Valentin Qladkix bildirib.

“İtkilərindən asılı olmayaraq, əsgərlərini qırğına atan rus komandanlığı belaruslara daha biganə yanaşacaq. Qaçılmaz və böyük itkilər özünü diktator elan edən rejimin rus süngüləri ilə dəstəkləndiyi Belarusda ciddi siyasi təlatümlərə səbəb ola bilər. Belarus silahlı qüvvələrinin Ukraynaya qarşı müharibədə birbaşa iştirakı Lukaşenko rejimi üçün mənfi nəticələr doğuracaq”, - ekspert vurğulayıb.

Politoloq hesab edir ki, belaruslar bunu başa düşürlər.

Belarus hərbçiləri başa düşməyə bilməz ki, Ukraynaya və Ukrayna xalqına qarşı müharibənin Belarus dövlətinin və sədaqət andı içdikləri Belarus xalqının müdafiəsi ilə heç bir əlaqəsi yoxdur”.

 Rusiya Belarus ordusundan yem kimi istifadə etmək istəyir, ona görə də böyük qurbanlar olacaq. Bu isə Belarusun özündə ciddi siyasi təlatümlər yaradacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06