Bazar ertəsi, 29 Aprel

Rusiya Ukraynada qalib gəlsə növbə kimindir? – Moskva yeni siyahı tutdu

image

Ukraynada iki ölkənin savaşı getmir, həm də bir çox xalqların taleyi həll olunur. Məhz bu səbəbdən də bu gün Rusiya Ukraynada gözləmədiyi həmrəylik, müqavimətlə qarşı-qarşıya qalıb. Məhz Volodimir Zelenskinin beynəlmiləl legionun yaradılması haqqında qərarından sonra Ukrayna silahlı qüvvələri sıralarında Rusiyaya qarşı döyüşmək istəyi ilə dünyanın bir çox yerindən könüllülərin səfərbər olması deyilənlərin təsdiqidir.

Eyni zamanda Rusiyanın müxtəlif zamanlarda bəzi dövlətlərlə mübahisəli, müharibə vəziyyətində diqtə edən tərəf kimi açıq-aşkar üstün güc olaraq istəyinə nail olması, uzun illər ondan qisas hissi ilə alışıb-yanan bir düşmən cəbhəsinin formalaşmasına səbəb oldu ki, bu gün həmin cəbhə də Ukraynada yaranan bu vəziyyəti fürsət bilib rəsmi Moskvadan qisas almaq üçün əlinə düşən imkandan yararlanmaq haqda düşünür. Buna ən yaxşı misal olaraq məhz Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili bir dəstə gürcü könüllü ilə birlikdə Ukraynada Rusiya Silahlı Qüvvələrinə qarşı vuruşması faktını göstərə bilərik. Sabiq müdafiə naziri, “Qalib Gürcüstan” Partiyasının sədri İ.Okruaşvili də məhz belə düşünür – Ukraynada həm də Gürcüstanın taleyi həll olunur.

İki həftə ərzində Rusiyaya tətbiq edilən sanksiyaların 5 mini keçməsi Moskva adına arzuolunmaz bir rəqəmdir ki, sanksiyaların bununla yekunlaşmayacağı da bəllidir. Ukrayna prezidenti bunun üçün əlindən gələni əsirgəmir. Onun NATO-ya və Qərbə ünvanladığı “Bu gündən bütün həlak olanlar sizin ucbatınızdan öləcək”, – mesaj adı çəkilən mərkəzləri çiyinlərinə məsuliyyəti yükləmək deməkdir. Zelenskinin Qərbi dünyaya Ukraynada günahsız, sivil insanların qətlinə görə məsuliyyətli tərəf kimi bəyan etməsi də məhz Rusiyaya daha çox sanksiyalar tətbiq edilməsi, imkanlarının tükədilməsinə hesablanaraq səsləndirilən bəyanatdır.

Müharibnin başladığı tarixdən bu günə kimi Ukrayna ilə Rusiya arasında danışıqların 3 raundu artıq geridə qalıb. Hökümət nümayəndələrinin ikinci görüşündə dinc insanların təxliyyəsi məqsədilə ilə dəhliz razılığı əldə olunsa da bəlli idi ki, bu Ukraynanın işinə yaramayacaq. Əslində sözügedən dəhliz məhz Rusiyanın planlarına xidmət edən bir məsələ idi.

Rəsmi Moskva bununla da ona qarşı nifrəti artıran, dünyanın gözündə “faşist” kimi görünməyə səbəb olan sivil insanların ölümünü azaltmaqla həm ictimaiyyətin pzünə qarşı qınağını, nifrətini azaltmağı planlayırdı, həm də bu addımla ən əsas planını icra etmiş olacaqdı – Rusiya müharibədən öncə düşündüyü “ildırımsürətli əməliyyat”ı məhz dəhliz vasitəsi ilə sivil insanların Ukraynanı tərk etməsindən sonra daha rahat şəkildə icra edə biləcəyini düşündü. Rusiya höküməti beləcə Ukraynanı uzaqmənzilli, ballistik raketlərlə, artileriya zərbələri ilə, döyüş təyyarələrindən endirilən raket zərbələri hesabına uzun yolunu daha qısaltmaq haqda düşünürdü.

Lakin Zelenski anladı ki, sivil insanların ölkədən tamamilə çıxması həm Rusiyanın əl-qolunu açmaq üçün göydəndüşmə ola bilər, həm də Ukraynanın əlini, onun güc mənbəyini xeyli zəiflədə bilər. Elə bu səbəbdən də iki gün əvvəl yenidən xalqa müraciət edən Ukrayna prezidenti Mariupol, Volnovaxa və digər şəhərlərdə qala bilən bütün ukraynalıları “Hamı getsə, bu şəhər kimin olacaq?” çağırışı ilə ərazilərini müdafiə etməyə çağırıb.

Təbii ki, Zelinski amili Rusiyaya müqavimət nəzərdən Ukraynanın əsas silahlarından birinə çevrilib, Qərbi, xüsusi ilə Amerikanı ard-arda etdiyi müraciətlərlə dalana dirəyib deyə bilərik. O, bu cür yolla ABŞ-ı, Qərbi Ukraynaya yardım etməyə məcbur edir.

Zelenskinin müraciətləri, etdiyi çıxışlar eyni zamanda bir başa qərb cəmiyyətinə təsir edə biləcək şəkildədir ki, bu da həmin dövlətlərdə vətəndaşlarının yardım mövzusunda təyziqinə səbəb olur. Zelenskinin etdiyi manevrlər, onun səsləndirdiyi açıqlamalar Rusiya daxilində cəmiyyət içərisində belə müəyyən fikir ayrılıqları, parçalanmalar yaratmağa başlayıb. Şək-şübhəsiz ki, müharibənin rəsmi Moskvanın gözlədiyindən xeyli uzun çəkməsi və hələ də davam etməsində Zelinski amili diqqət çəkir. Bəlkə də planlaşdırıldığı kimi Rusiya Ukraynada istəyinə 2 gündə nail ola bilərdi, sadəcə düzgün planlama Rusiyanın hesablamalarını alt-üst etdi kimi görünür.

Vladimir Putinin dünən imzaladığı qərar Rusiya cəbhəsində vəziyyətin hər ötən gün nə qədər gərginləşdiyindən xəbər verir. Tətbiq edilən sanksiyalar, Rusiyaya qoyulna idxal qadağaları, bir çox dünyaca məşhur şirkətlərin bu ölkədə fəaliyyətini dayandırması Moskvanın işini dalana dirəməyə başlayıb. Elə bunun bilavasitə qarşısını almaq məqsədilə Kreml rəhbəri dekabrın 31-dək Rusiya Federasiyasından kənara məhsul və xammalın ixracına qadağa qoyulması ilə bağlı fərman imzaladı.

Putin bu qərarla təbii ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək məqsədi güdür. O, bu addımla yerli məhsulların hesabına daxili tələbatı qarşılamaq, ərzaq qıtlığının, bahalaşmanın qismən də olsa qarşısını almağa çalışır. Amma bu qərarın işə yarayıb yaramayacağını təbii ki, indidən söyləmək çətindir. Çünki müharibənin nə qədər davam edəcəyi bilinmir, bu isə o deməkdir ki, sanksiyaların da artacağı və uzunmüddətli olacağı istisna edilmir.

Nəzərə alsaq ki, ABŞ əsas rəqiblərindən olan Rusiyanı çökdürmək üçün yaxaladığı bu fürsəti əldən vermək fikrində deyil. Bunu elə Baydenin ABŞ-ın Rusiyadan enerji idxalını dayandırması ilə bağlı qərarından da açıq sezməkl mümkündür. ABŞ dövlət başçısı eyni zamanda konqresi Ukrayna üçün 12 milyardlıq paketi təsdiqləməyə çağırdı ki, o bununla təbii ki, hələ nə zamana kimi davam edəcəyi bilinməyən müharibədən zərər görən Ukraynada bərpa-quruculuq işləri, infrastruktur layihələrin icrası üçün bu məbləği nəzərdə tutmadığı məlumdur. Bayden sözügedən milyarlıq vəsaiti Ukraynaya Ruisya qarçşısında müqaviməti artırmaq, daha da gücünə güc qatmaq məqsədilə ayırıb ki, beləcə poliqona çevrilən Ukraynada Rusiyanın kürəyini yerə vurmağı hədəflədiyi aydın görünür.

ABŞ prezidentinin “Putin Ukraynanı məğlub edə bilməyəcək” açıqlaması da bir daha göstərir ki, Vaşinqton da müharibənin erkən bitməsinin tərəfdarı deyil. O, bu bəyanatla eyni zamanda Ukraynanı Rusiyaya müqavimətə səsləmiş olur. Təbii ki, proseslərin bu cür axarı ən çox ABŞ-ı sevindirə bilər. Onu da nəzərə alsaq ki, Zelenski son açıqlamalarında gerti çəkilməyəcəklərini, istəklərinə çatmayana kimi Rusiyaya müqavimət göstərməkdə davam edəcəklərini təkrar qeyd etdi (Zelenski Britaniya parlamentində son çıxışında: “Nəyin bahasına olursa, olsun, biz təslim olmayacağıq” – red), o zaman bu xəmirin hələ çox su aparacağını deyə bilərik. Çünki Rusiya da geri çəkilməyəcəyini Kreml rəhbərinin dilindən son bəyanatında elan etdi. Bu o deməkdir ki, müharibənin nəticəsi ABŞ-a sərf edəcəyi zamana kimi davam edəcək, bu da Ruisyanın immunitetinin hər ötən gün daha da düşməsinə gətirib çıxaracaq ki, nəticə şimal qonşumuzun arzulamadığı hesabla yekunlaşa bilər.

Bu amil isə Rusiyanı yaralı ayı kimi qarşısına çıxana güc tətbiq edərək özünü təsdiq edərək nüfuzunu, qüdrətini nümayuiş etdirməkıə nəticələnə bilər ki, nəticədə Avropada yeni poliqonların şahidi ola bilərik. Görünür Polşa dövləti də məhz bu amili nəzərə aldığından Silahlı Qüvvələrinin sərəncamında olan sovet istehsalı “MİQ-29” qırıcı təyyarələri Ukraynaya göndərilməyəcəyi ilə bağlı qərar verib.

Eyni zamanda Polşanın aerodromlarından Ukraynanın istifadə etməsinə də icazə verməyəcəyi vurğulanıb. Qeyd edilib ki, Polşa Ukraynaya digər sahələrdə yardım edir. Bu isə Rusiyanın qisasından çəkinmək, təhlükəni gözə almamaq riskindən irəli gəlir. Avropa ittifaqının da elə bu məntiqdən çıxış etməyin ən doğru variant olduğunu düşündüyü verdiyi son qərardan bəlli olur. Belə ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “al-Jazeera” telekanalına açıqlamasında bildirib ki, Aİ Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa qoymayacağını açıqladı. Bununla Qərb Rusiyanın aqresiyasının üzərlərinə sıçramasından çəkindiyini bəlli etdi deyə bilərik.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39