Bazar, 28 Aprel

ABŞ kəşfiyyatı xəbərdarlıq etdi: Rusiya Ukraynaya 1000 muzdlu göndərir

image

Rusiya yaxın günlərdə Ukraynaya daha 1000 muzdlu əsgər göndərməyi planlaşdırır. Ukraynanı "qana boyamağa" gedən muzdlular lazımi silah və sursatla təchiz olunublar.

Məlumata görə, bu barədə yüksək rütbəli ABŞ kəşfiyyatının rəsmisi xəbərdarlıq edib. Onun fikrincə, Moskva "şəhərləri ələ keçirəcək qədər bombalaya" bilər ki, bu da mülki əhalinin xeyli itkisinə səbəb ola bilər.

Kəkfiyyat rəsmisi bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ikinci həftədə davam etdiyi üçün muzdlu qüvvələr zəifləmiş bölmələri gücləndirəcək.

O, əlavə edib ki, fevralın sonlarına olan məlumata görə, müharibədə 200-ə yaxın belə muzdlu artıq öldürülüb.

Bu arada ABŞ və Qərb rəsmiləri Rusiyanın Kiyev də daxil olmaqla Ukraynanın əsas əhali mərkəzlərinə zərbələrinin sürətini və gücünü artıracağını gözləyirlər.

Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi deyib ki, Rusiya indi "şəhərləri ələ keçirmək üçün bombalamağa" hazırlaşır və bu, mülki əhali arasında itkilərin sayının böyük artmasına səbəb ola bilər. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39