Bazar, 28 Aprel

Lavrovun dəhşət saçan cavabı və Putini təkzibi

image

Britaniyalı jurnalistin qıcıqlandırıcı sualına Rusiya XİN rəhbərinin cavabı inanılmazdır…

Jurnalist Ukraynada baş verənlərə işarə ilə soruşur ki, uşaqlar öləndə gecələr necə yata bilirsiniz.

Lavrovun cavabına baxın:

“Mən sizə xatırlatmaq istərdim: siz və qərbli həmkarlarınız Donbasda uşaqlar öləndə özünüzü necə aparırdınız? Siz İraqda, Liviyada yüzlərlə dinc sakin öləndə belə emosional iztirabla sual verirdiniz? Mən xatırlamıram”.

Bəs, Prezident Putin elə dünən TŞ-nin iclasında dedi ki, ukraynalılarla ruslar eyni xalqdır?! Bəs, elə dünən Rusiya lideri bəyan etdi ki, Ukraynada dinc əhalini xilas etmək üçün rus əsgərləri özlərini təhlükəyə atır və verdiyimiz itkilərin də səbəbi budur?

Bəs, axı Rusiyanın Ukraynadakı əməliyyatının “mahiyyəti” guya rus xalqının – Donbasdakı ruslar olsun – qorunmasıdır?

Bəs, necə ola bilər ki, Lavrov Donbasda ölənlərlə - yəni ruslarla Ukraynanın digər ərazilərində ölənlər – yəni ukraynalılar arasında fərq qoyur?

Necə ola bilər ki, Lavrov ABŞ-ın İraq, Liviya, Suriya əməliyyatları ilə Rusiyanın Ukrayna əməliyyatını müqayisə edə bilir?

İraqda, Suriyada, Liviyada ABŞ-ın qan üstündə, ordu gücünə həyata keçirmək istədiyi işğal və yaxud hansısa planı ən azı başqa millətə qarşıdır; Rusiya isə öz slavyan qardaşına qarşı əməliyyat keçirir, ölənlər böyük mənada hamısı rusdur – həm hücum edənlər, həm də müdafiə olunanlar.

Demək, ya Ukrayna xalqının – slavyanların Lavrova heç bir aidiyyəti yoxdur və Lavrov onları, Putindən “fərqli” olaraq, “ərəb” gözündə görür, çünki özü başqa millətin nümayəndəsidir və rusların məhv olması onun eyninə deyil, ya da imperiya maraqları üçün öz xalqını qırmaqla ərəbi qırmağın heç bir fərqi yoxdur.

Hər ikisi dəhşətlidir, insanlıq cinayətidir, ancaq ABŞ-ın İraqda törətdikləri ilə Rusiyanın Ukraynada törətdiklərini həvəslə müqayisə etmək həm də adını “rusların hüquqlarını, dillərini qorumaq üçün” qoyub, Ukraynaya girmək siyasətinin mahiyyətini zah edir…

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39