Bazar, 19 May

Axtarış

səfir” üzrə 624 nəticə tapıldı

07.07.2021 - 14:56

Türkiyə koronavirusun müalicəsi üçün Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardım göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib. Xəbər verilir ki, sənəd 2021-ci ilin martın 31-də imzalanıb. Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir və Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İ


07.07.2021 - 13:16

Pakistan səfiri Şuşaya səfər edəcək

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Şuşaya səfər edəcək. Xəbər verilir ki, bunu pakistanlı diplomat jurnalistlərə açıqlamasında bildirib: “Qarşıdakı günlərdə sizin tarixi və mədəni paytaxtınız Şuşaya səfər edəcəyəm. Əlbəttə ki, mən özüm şəhəri gördükdən sonra pakistanlı investorları imkanlar barədə daha yaxşı məlumatlandıra biləcəyəm”.


06.07.2021 - 19:03

Fransa səfiri mina xəritələrindən danışdı: "Vacib addımdır" - Fransa səfiri

Fransa 15 erməninin azad edilməsini və Füzuli və Zəngilan bölgələrinin mina xəritələrinin Azerbaycana təhvil verilməsini alqışlayır. Xəbər verilir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitterdə yazıb. “Bu, gərginliyi azaltmaq və tərəflər arasında etimadı artırmaq üçün vacib addım, sülh üçün müsbət dinamikadır", - diplomat qeyd edib.


05.07.2021 - 16:55

Rusiya Əfqanıstandakı Baş Konsulluğunu bağlayıb

Rusiyanın Məzari-Şərifdəki Baş Konsulluğu bağlanıb. Xəbər verilir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, konsulluq vəziyyət aydınlaşana qədər bağlı qalacaq. “Rusiyanın Kabildəki səfirliyi etibarlı şəkildə qorunur. Əfqanıstandakı çətin vəziyyət üzündən təxliyyə planları yoxdur”, - diplomatik nümayəndəlikdən bildirilib.


05.07.2021 - 16:33

Mübahisəli müharibə memarı: "Qırğı Donald" tarixdə necə qalacaq 

İyunun 29-da ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld Nyu-Mexiko ştatında öz evində 88 yaşında vəfat etdi. O bu vəzifədə iki dəfə, həm də ən məsuliyyətli dövrlərdə işləmişdi; əvvəlcə 1970-ci illərdə soyuq müharibə vaxtı, daha sonra 2000-ci ilin birinci yarısında Əfqanıstan və İraq müharibələri zamanı. İki dəfə nazir Donald Ramsfeld ABŞ-ın müdafiə nazirliyinə iki dəfə rəhbərlik etmiş yeganə şə


02.07.2021 - 15:20

ABŞ COVID-19-la mübarizə üçün Azərbaycana 1 milyon dollar ayırıb

ABŞ hökuməti COVID-19-la mübarizə üçün Azərbaycana daha 1 milyon dollar ayırıb. Xəbər verilir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Ümumdünya Səhiyyə Təşkilatının "PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib. Səfirin sözlərinə görə, bu vəsait Azərbaycana ÜST və “Qırmızı Xaç Cəmiyyəti” vasitəsilə təqdim ediləcə


02.07.2021 - 14:42

Akardan kritik açıqlama: "Bu baş versə, Əfqanıstan..."

Bu məsələ Əfqanıstandakı qardaşlarımızın gələcəyi və ehtiyaclarını qarşılamaq baxımından böyük əhəmiyyət daşıyır. Xəbər verilir ki, bunu Əfqanıstandakı Həmid Kərzai adına Beynəlxalq Hava Limanının istismarı və təhlükəsizliyinin təminatı üçün ABŞ-dan gələn texniki heyətlə görüşlər barədə suala cavab olaraq Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. Hamid Kə


02.07.2021 - 09:36

3 milyon tirajlıq qəzetdə Azərbaycandan YAZILDI

Yaponiyanın “Nikkei” (“Nihon Keizai Shimbun”) qəzeti Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin “30 ildə əldə edilmiş nailiyyətlər” sərlövhəli məqaləsini dərc edib. Xəbər verilir ki, məqalədə cari ildə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilir. Müstəqilliyin bərpasından ötən dövrdə Azərbaycan xalqının çoxsaylı çətinliklərin öhdəsindən layiqincə


30.06.2021 - 13:53

Əfqanıstanda 1000 ABŞ əsgəri qalacaq

Pentaqon Əfqanıstanda minə yaxın ABŞ əsgəri saxlaya bilər. Xəbər verilir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, hərbi kontingent Əfqanıstandan çıxarılandan sonra ABŞ bu ölkədəki səfirliyini və Kabildəki hava limanını qorumaq vəzifəsini həmin hərbçilərə həvalə edəcək. “ABŞ Əfqanıstandan qoşunların çəkilməsini bir neçə gün ərzində başa çatdıra bilər. Eyni zamanda, NATO koalisiya qüvvə


29.06.2021 - 22:46

Moldovadakı səfirimizlə müxalif jurnalisti nə birləşdirir? - FOTO

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov facebook sosial şəbəkəsində müxalif fəaliyyəti ilə tanınan Əvəz Zeynallının postunu paylaşıb. Təbii olaraq son illərdə şahidi olmadığımız bu cür müsbət davranışın baş verməsi ilk baxışdan hər kəsi təəccübləndirib. Təəssüflər olsun ki, Azərbaycanda iqtidar-müxalifət münasibətləri son illərə qədər olduqca bərbad vəziyyətdə olub.


29.06.2021 - 14:51

Paşinyanın partiyasında vəzifə bölgüsü başlandı - Siyahı

Ermənistanın hakim “Vətəndaş razılaşması” partiyasında əsas vəzifələrin aktiv şəkildə bölüşdürülməsinə başlanıb. Xəbər verilir ki, bu barədə “Joqovurd” qəzeti yazır. Məsələn, parlamentdə hakim fraksiyanın rəhbəri vəzifəsinə deputatlar Ayk Kondjoryan və Arpi Davoyan iddia edirlər, baxmayaraq ki, fraksiyada sonuncunun namizədliyindən məmnun deyillər. Fraksiyanın hazırkı başçısı Lilit Makuntsun tezliklə səfir kimi Vaşinqtona gedə


29.06.2021 - 11:14

ABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı

ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiya Federasiyasına getməməyi tövsiyə etdi. Xəbər verilir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, terrorizm təhlükəsi, Rusiya hüquq-mühafizə orqanları işçilərinin təqibləri, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına kömək etmək imkanlarının məhdudlaşdırılması səbəbindən bu ölkəyə səfər


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41