Şənbə, 27 Aprel

Paşinyanın partiyasında vəzifə bölgüsü başlandı - Siyahı

image

Ermənistanın hakim “Vətəndaş razılaşması” partiyasında əsas vəzifələrin aktiv şəkildə bölüşdürülməsinə başlanıb.

Xəbər verilir ki, bu barədə “Joqovurd” qəzeti yazır. Məsələn, parlamentdə hakim fraksiyanın rəhbəri vəzifəsinə deputatlar Ayk Kondjoryan və Arpi Davoyan iddia edirlər, baxmayaraq ki, fraksiyada sonuncunun namizədliyindən məmnun deyillər. Fraksiyanın hazırkı başçısı Lilit Makuntsun tezliklə səfir kimi Vaşinqtona gedəcəyi məlumdur.

Parlament sədri kreslosunun kimə qismət olacağı da mübahisənin bir həlqəsidir. Bu vəzifəyə hazırda spiker vəzifəsini icra edən Ararat Mirzoyan, onun müavini Alen Simonyan və ərazi idarəetmə və infrastruktur naziri vəzifəsini icra edən Suren Papikyan iddia edir. Ancaq partiya bu postu Mirzoyan üçün saxlamağa daha çox meyllidir.

Bundan əlavə, qəzetin yazdığına görə, xarici əlaqələr komissiyasının hazırkı sədri Ruben Rubinyan üç vitse-spikerdən biri ola bilər. Ona əvvəllər xarici işlər naziri vəzifəsi vəd edilmişdi, lakin bu fikir bir çoxları, o cümlədən Ermənistanın xarici tərəfdaşlarında anlayışla qarşılanmayıb. İndi isə vitse-spiker vəzifəsinin onun ixtiyarına verilməsi ilə məhdudlaşma qərarı verilib. Xarici əlaqələr komissiyasına isə dövlət-hüquq məsələləri üzrə komissiyanın hazırkı rəhbəri Vladimir Vardanyan rəhbərlik edə bilər.

Ancaq bütün bunlar indiyə qədər yalnız müzakirə səviyyəsindədir. Baş nazir vəzifəsinin icraçısı Nikol Paşinyan partiya daxilindəki müzakirələri hələlik səssizcə izləyir, yalnız Makuntsla əlaqə saxlayır.

“İravunk” qəzeti isə öz növbəsində mənbələrinə istinad edərək daha bir kadr dəyişikliyinin güc blokunda baş verə biləcəyini yazır. O cümlədən polis rəisi Vahe Kazaryan Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edəcək. O, bu vəzifədə Armen Abazyanı əvəzləyəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45