Cümə, 19 Aprel

Moldovadakı səfirimizlə müxalif jurnalisti nə birləşdirir? - FOTO

image

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov facebook sosial şəbəkəsində müxalif fəaliyyəti ilə tanınan Əvəz Zeynallının postunu paylaşıb. Təbii olaraq son illərdə şahidi olmadığımız bu cür müsbət davranışın baş verməsi ilk baxışdan hər kəsi təəccübləndirib. Təəssüflər olsun ki, Azərbaycanda iqtidar-müxalifət münasibətləri son illərə qədər olduqca bərbad vəziyyətdə olub. Müşahidə olunan bu cür münasibətlər bəzən qarşılıqlı nifrət səviyyəsinə qədər yüksəlib. 

Hakimiyyət nümayəndələri ilə müxalifətdə təmsil olunan şəxslər arasında bu cür əlaqələrin mövcudluğu heç də təəccüblü görünmür. Hər nə qədər adi bir paylaşım kimi görünsə da, cənab səfirin Əvəz Zeynallının paylaşımına bu dərəcədə diqqət yetirməsi hakimiyyət daxilində də bəzi müsbət dəyişikliklərin baş verdiyini göstərir. Bu addım xüsusilə II Qarabağ müharibəsi zamanı hakimiyyətlə müxalifət arasında fikri ayrılığının yaşanmaması və 44 gün ərzində müxalifət nümayəndələrinin Azərbaycan hakimiyyətinə və ordusuna dəstək verməsi fonunda qiymətləndirilə bilər. 

Müharibə dövründə hakimiyyətin mövqeyini müdafiə edən, Azərbaycanın haqq səsini ucaltmağa çalışan şəxslər içərisində Əvəz Zeynallı da yer alırdı. Ömrünün böyük bir hissəsini jurnalistika sahəsinə həsr edən Əvəz Zeynallı “Xural” qəzeti ilə hər zaman haqqın tərəfində olduğunu nümayiş etdirib. Bu fəaliyyətinə görə həbs olunmasın baxmayaraq azadlıqda da öz əqidəsindən dönməyən Əvəz bəy inandığı dəyərlər uğrunda mübarizəsini bu gün də davam etdirir.

Qarabağ probleminin sona çatması hakimiyyətin müxalifətə qarşı münasibətində də ciddi dəyişikliklərə səbəb olduğu aydındır. Artıq müxalifət heç də xaricdən qrant alan və fərqli ölkələrin maraqlarını müdafiə edək təşkilatlar kimi yox, daha çox milli xarakterli qüvvələr kimi qəbul olunur. Ən azından Qüdsi Osmanovun Əvəz Zeynallıya qarşı münasibəti bunu deməyə əsas verir.

Bu gün hakimiyyətdə təmsil olunan bəzi şəxslərin Əvəz Zeynallının simasında bu gerçəkliyi görməsi və qəbul etməsi olduqca müsbət haldır. Ümid edirik ki, oxşar münasibət hakimiyyətin digər pillələrində təmsil olunan şəxslər arasında da müşahidə olunacaq və geniş vüsət alacaq. Bu hər şeydən əvvəl Azərbaycanda sağlam iqtidar-müxalifət münasibətlərinin inşa olunması baxımından önəmli addım olacaq.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28