Bazar, 12 May

3 milyon tirajlıq qəzetdə Azərbaycandan YAZILDI

image

Yaponiyanın “Nikkei” (“Nihon Keizai Shimbun”) qəzeti Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin “30 ildə əldə edilmiş nailiyyətlər” sərlövhəli məqaləsini dərc edib.

Xəbər verilir ki, məqalədə cari ildə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilir. Müstəqilliyin bərpasından ötən dövrdə Azərbaycan xalqının çoxsaylı çətinliklərin öhdəsindən layiqincə gəldiyi, müstəqillik üçün qurbanlar verdiyi, qonşusu işğalçı Ermənistanla iki qanlı müharibə yaşadığı qeyd edilir. Bildirilir ki, bütün bu çətinliklərə baxmayaraq, ölkəmiz sürətli iqtisadi inkişafa nail olub, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbə nəticəsində Azərbaycan əraziləri işğaldan azad edilib və hazırda bu torpaqlarda böyük bərpa və yenidənqurma işlərinə başlanılıb.

Azərbaycanın zəngin təbii ehtiyatlara malik ölkə olaraq regionun enerji siyasətində aparıcı rol oynadığı, Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələri haqqında da oxuculara məlumat verilir. Eyni zamanda, qeyri-neft sahələrinin inkişafının və iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycan hökumətinin prioritetlərindən olduğu vurğulanır.

Yazıda Azərbaycanın dünyada özünü güclü və təhlükəsiz tranzit qovşağı kimi təsdiqləməsinə də diqqət çəkilib. Mərkəzi Asiyadan Xəzər dənizinə və oradan Qafqaza uzanan nəqliyyat marşrutlarının getdikcə daha çox əhəmiyyət kəsb etdiyi, Azərbaycanın bu marşrutlarda, o cümlədən Şimal-Cənub dəhlizində böyük rol oynadığı qeyd edilir.

Məqalədə 2020-ci ilin Azərbaycan üçün böyük Qələbə ili olduğu da vurğulanır. Ermənistan ordusu tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimizin 2020-ci il sentyabrın sonlarında başlayan Vətən müharibəsi nəticəsində qısa müddətdə azad olunduğu qeyd edilir. Vurğulanır ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 30 illik münaqişəyə son qoyulub.

Həmçinin bildirilir ki, bu Bəyanat bölgədə yeni reallıq və əməkdaşlıq üçün yeni çərçivə yaradır. Səfir Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsinə toxunaraq, dəhlizin təkcə respublikamız üçün deyil, həm də region ölkələri üçün səmərəli iqtisadi şərait yaradacağını qeyd edir.

Yazıda işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma mərhələsinə başlanıldığı, bunun regionun inkişafına və əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilir. Yeni və perspektivli reallıqlardan faydalanan Azərbaycanın azad edilmiş ərazilərdə tərəfdaşları ilə birlikdə bərpa işlərinə başladığı diqqətə çatdırılır.

Qeyd edək ki, “Nikkei” Yaponiyanın iqtisadi sahədə ən aparıcı qəzetlərindən biridir və geniş oxucu auditoriyasına malikdir. Bu qəzetin gündəlik tirajı 3 milyon nüsxədir.

https://azadsoz.com/M0/1/2021/07/images/20210702_092857_1625203737_312f3419e2.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44