Bazar ertəsi, 29 Aprel

Axtarış

polis” üzrə 2325 nəticə tapıldı

27.03.2024 - 10:44

Sumqayıtda 16 yaşlı qız itkin düşüb

Sumqayıtda 16 yaşlı qız itkin düşüb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Belə ki, 2008-ci il təvəllüdlü Əbilova Nərmin Rövşən qızı yaşadığı evdən çıxıb gedib və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib.


27.03.2024 - 08:57

Azərbaycanın quru sərhədləri açılmayacaq 

“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”. Bunu açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov


26.03.2024 - 15:36

Ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkar olunub

Polis əməkdaşları ötən gün ölkə ərazisində 18 kiloqramdan çox narkotik aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə martın 25-də ümumi çəkisi 18,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 4,3 kiloqramdan artıq heroin, 10,9 kiloqrama yaxın marixuana, 1,5 kiloqrama yaxın tiryək, 2,1 kiloqramdan çox metamfetamin,


26.03.2024 - 12:55

Cəlilabadda üç uşağı ilə birgə itkin düşən qadından xəbər var

Cəlilabadda 3 uşağı ilə birgə itkin düşən qadın tapılıb. Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qadın və uşaqları Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə


25.03.2024 - 18:21

Cəlilabadda qadın və 3 azyaşlı övladı itkin düşüb - FOTO

Cəlilabad rayonun Ləzran kəndində qadın və 3 azyaşlı övladı itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. "Onun boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi ş


25.03.2024 - 17:05

Tapdığı bank kartından alış-veriş edən şəxs saxlanıldı

Martın 22-də Bakı şəhər sakini olan bir nəfər bank kartını itirməsi və həmin kartdan 200 manat dəyərində alış-veriş edilməsi barədə Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şühəli bilinən əvvəllər məhkum olunmuş Niyaməddin Hüseynov müəyyən


20.03.2024 - 14:29

Narkokuryerdən 7 kq heroin götürüldü - FOTOLAR

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəhər sakini Mirzəliyev Xaliq saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 7 kiloqramdan artıq heroin aşkar edilib. X.Mirzəliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.  Xə


19.03.2024 - 16:21

Həsən Əzizovu döyən idmançılarla bağlı yeni qərar

Xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman və Rüfət Əsədovun həbs müddəti uzadılıb. Xəbər verilir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən proseslərdə qəbul olunub. Qərara əsasən, onların hər biri barəsində olan


17.03.2024 - 14:30

DƏHŞƏTLİ HADİSƏ - 21 ölü, 38 yaralı

Əfqanıstanın cənubundakı Helmand əyalətində avtobusun yanacaq daşıyan tanker və motosikletlə toqquşması nəticəsində 21 nəfər həlak olub. Xəbər verilir ki, bu barədə "Associated Press" əyalət qubernatorunun nümayəndəsi Məhəmməd Qasim Riyaza istinadən məlumat yayıb. Dəhşətli hadisə yerli vaxtla saat 5:00-da baş verib. Qeyd olunub ki, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Qəza Qəndəhar ilə Herat əyaləti


17.03.2024 - 11:31

Rusiyada prezident seçkilərinin sonuncu günüdür

Rusiyada növbədənkənar prezident seçkilərinin sonuncu günüdür. Yerli vaxtla 08:00-da açılmış seçki məntəqələri 20:00-da bağlanacaq, ilk nəticələr isə Moskva vaxtı ilə 21:00-da (Bakı vaxtı ilə 22:00) bəlli olacaq. Son məlumata əsasən, seçici aktivliyi 60 faizdən bir qədər azdır – 58,75 %. Ölkə xaricində martın 1-dən erkən səsvermə çərçivəsində 41 ölkədə 62 791 seçici səs verib. Erkən səsvermələrdən biri


16.03.2024 - 09:27

Obyekt sahiblərinə DİN-dən XƏBƏRDARLIQ - VİDEO

Paytaxt ərazisində bəzi obyekt sahibləri ümumi istifadədə olan yolu zəbt ediblər. Kimisi dəmir, kimisi isə şlaqbaum qoyaraq yolu daraldıb, piyadaların keçidinə mane olurlar. Obyekt sahibləri aidiyyəti qurumlardan icazə aldıqlarını, sənədlərinin olduğunu deyiblər. Daxili İşlər Nazirliyindən isə sözügedən məsələyə sərt reaksiya verilib: “Binaların həyətlərində, yolların kənarlarında müxtəlif vasitələrlə şəxsi istifadə üçün qanunsuz olaraq


14.03.2024 - 22:07

Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir

Anqolada 50-dən çox adam yerli inanclarına görə cadu mayesi içərək ölüb. Bu barədə polis və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb. Camakupa bələdiyyəsinin əməkdaşı Luzia Filemone bildirib ki, 50-dən çox insan sirli maye içməyə məcbur edilib. Öz növbəsində, yerli polis rəisi Antonio Samba bildirib ki, son iki ayda bu mayenin içilməsi nəticəsində ölənlərin sayı 30-dan 50-yə yüksəlib. Qeyd


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39