Şənbə, 27 Aprel

Narkokuryerdən 7 kq heroin götürüldü - FOTOLAR

image

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən şəhər sakini Mirzəliyev Xaliq saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 7 kiloqramdan artıq heroin aşkar edilib. X.Mirzəliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub. 

Xəbər verilir ki, bundan başqa, Şirvan ŞPŞ-nin əməkdaşlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan, dələduzluq, oğurluq, xuliqanlıq və digər cinayətlər əməllərini törədən ümumilikdə 27  nəfər saxlanılıb. Qanunsuz dövriyyədən 10 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb.

Qeyd edilən dövr ərzində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 3, oğurluq 1 və xuliqanlıq edən 2 şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45