“hamı” üzrə 1251 nəticə tapıldı
Əgər onların Kiyev rejiminin terrorçuları olduğu müəyyən olunarsa o halda başqa cür danışılmalıdır. Xəbər verilir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Crocus City Hall”da baş vermiş terror hadisəsinə rekasiyasında bildirib. “Onların hamısı, terrorçular tapılmalı və amansızcasına məhv edilməlidir. Ölümə ölüm”, - deyə bildirilib.
Rusiya neft emalı 2024-cü ilin əvvəlində ikiqat zərbə ilə üzləşib. Sanksiyalar neft emalı zavodlarında təmir işlərinin aparılmasını çətinləşdirir və pilotsuz təyyarələrin hücumları dəyən ziyanın sayını artırır. Energetika və Maliyyə İnstitutunun (IEF) iqtisadiyyat şöbəsinin rəis müavini Sergey Kondratyev “Forbes”dəki köşə yazısında ölkənin yayda benzin qıtlığı ilə üzləşəcəyinə dair xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya
Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Xəbər verilir ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündə
Bəxtiyar Hacıyev publika önünə orijinal üslubda çıxmağı çox sevir. Bu, personasına bütün mümkün reqaliyaları pərçimləməyə çalışan özündənrazı tipə xas üslubdur. Belə insanların eqosu o qədər yüksək və qeyri-adekvat olur ki, onlar öz barələrində ancaq və ancaq pozitiv fikirləri qəbul edir, istənilən neqativi isə kökündən baltalamağa çalışırlar. Bunun nə dərəcədə alınıb-alınmadığı, təbii ki,
İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Xəbər verilir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna 2:3 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis ingiltərəli baş hakim Entoni Teylorun səfər görüşünün 62-ci dəqiqəsində Elvin Cə
İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı Partiyasının lideri İmran Xanın dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə hökmündən verilən apellyasiya şikayətinə baxmağa razılıq verib. Məlumata görə, apellyasiya məhkəməsi martın 18-nə təyin edilib. Daha əvvəl məhkəmə bildirib ki, Xanın bu səs-küylü iş üzrə verdiyi hökmdən apellyasiya şikayəti
Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun işində istintaqın hansı istiqamətdə gedəcəyi hələ ki açıq qalır. Xəbər verildiyi kimi, fevralın 22-də məhkəmə onun barəsində tibbi-psixi ekspertizanın keçirilməsi barədə qərar qəbul edib və o, Respublika Psixiatriya Xəstəxanasına köçürülüb, müşahidə altındadır. Müş
13 aprel 2029-cu ildə ən təhlükəli kateqoriyaya aid edilən asteroid Yerin yaxınlığından keçəcək. Xəbər verilir ki, "Apofis" asteroidi 2004-cü ildə kəşf edilib və dərhal ən təhlükəli kimi təsnif edilib. Onun diametri 335 metrdir - fəlakətli dağıntıya səbəb olmaq üçün kifayətdir. "Apofis"in Yerə ən yaxın olacağı vaxt 13 aprel 2029-cu ildə gözlənilir. Onun planetimizdən 37 399 km məsafədən - Aydan 10 dəfə yaxından keçə
ABŞ Ali Məhkəməsi Kolorado məhkəməsinin sabiq Amerika lideri Donald Trampın martın 5-də regionda keçiriləcək prezidentliyə namizədlər üçün ilkin səsvermədə iştirakına icazə verməməsi barədə qərarını rədd edib. Xəbər verilirki, bu barədə ABŞ Ali Məhkəməsinin saytında məlumat verilib. Qeyd olunub ki, Kolorado Ali Məhkəməsinin qərarını qüvvədə saxlamaq olmaz və ABŞ Ali Məhkəmə
"Əl-Hilal"ın hücumçusu Neymar "Barselona"dakı və PSJ-dəki sabiq komanda yoldaşı, hazırda "İnter Mayami"də oynayan Lionel Messi haqda danışıb. Xəbər verilir ki, 31 yaşlı forvard 36 yaşlı hücumçu ilə yenidən eyni komandada olmaq istədiyini söyləyib: “Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudur, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidə hər şeydən razıdır. Leo xoşbəxtdirsə, mən də xoş
Təsəvvür edin ki, birdən-birə Rusiyadan ölkəmizə 100 min azərbaycanlı qayıtmaq məcburiyyətdə qaldı, o zaman necə? Fevralın 29-da Rusiya prezidenti Vladimir Putin Federal Məclisə ənənəvi müraciəti ilə yaxın 6 ildə dövlətin qarşısında duran vəzifələri açıqladı. Bu ənənəvi çıxış əlbəttə ki, yenidən prezident olmağa hazırlaşan Putinin seçkiqabağı təbliğatı çıxışı deyildi. Federal Məclisə illik müraciət Rusiya Konstitusiyasını
"Son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi barədə məlumatlar yayılır. Nazirlik olaraq baş verən hadisələrin səbəblərini öyrənməyə çalışırıq". Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmin yaradı