Şənbə, 27 Aprel

Bəxtiyarın mənəviyyat məsələsi...

image

Bəxtiyar Hacıyev publika önünə orijinal üslubda çıxmağı çox sevir. Bu, personasına bütün mümkün reqaliyaları pərçimləməyə çalışan özündənrazı tipə xas üslubdur. Belə insanların eqosu o qədər yüksək və qeyri-adekvat olur ki, onlar öz barələrində ancaq və ancaq pozitiv fikirləri qəbul edir, istənilən neqativi isə kökündən baltalamağa çalışırlar. Bunun nə dərəcədə alınıb-alınmadığı, təbii ki, başqa bir mövzudur. 

2020-ci il Vətən müharibəsi günlərində əsgərimiz ön cəbhədə, mülkilərimiz isə yaşından, peşəsindən, cinsindən asılı olmayaraq arxa cəbhədə əsl fədakarlıq nümunəsi ortaya qoydular. Xalqın yumruq kimi birliyi böyük Qələbənin əsas səbəbi oldu. 

Nə müharibə dövründə, nə də ondan sonra kimsə bu ümumxalq işinə töhfə verməsi ilə qürrələnmədi. Çünki bu, hər kəs üçün bir Vətən təəssübü, Vətən sevgisi, dövlət və xalq qarşısında borc idi. Amma nə yazıq ki, bəzi istisnalar var və Bəxtiyar Hacıyevin simasında müharibə dövründəki fəaliyyəti siyasi şantaj vasitəsi kimi istifadə edənlər də tapılır. 

Müharibə dövründə Azərbaycan Ordusunun nə silah-sursat təchizatında, nə də qida və geyim təminatında hər hansı problem olmadı – bunu dostlarımız da etiraf edir, düşmənlərimiz də. Bununla belə, o ağır döyüşlərdə səngərdə əsgərin yanında ola bilməyən insanlar borcundan başqa cür çıxmağa çalışırdılar – bəziləri yemək aparırdı, bəziləri isti corab, bəziləri siqaret. Dövlət baba “çox sağ olun, əsgərimizin hər şeyi var” desə də, cəmiyyətin daxilindən gələn bu istəyi nəzərə alaraq bəzən cəbhəyə yardım göndərilməsinə mane olmadı, şərait yaratdı. Amma təbii ki, xaotik şəkildə yox, mərkəzləşmiş qaydada, hüquq-mühafizə orqanlarının nəzarəti altında. Həmin günlər Bəxtiyar Hacıyev də topladığı ianələri ofisinin yerləşdiyi “Caspian Plaza”nın qarşısında cəmləşdirib cəbhəyə aparanlar sırasındaydı. 

İndi Cinayət Məcəlləsinin 8 maddəsi ilə ittiham olunan Bəxtiyar onlardan birini -  206.1 (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülmüş ittihamı müharibə vaxtı xaricdə yaşayan soydaşlarımızın göndərdiyi ianələrin Azərbaycana gətirilməsi ilə izah edir. Yəni xarici ölkələrdən Qərbin Azərbaycandakı şəbəkəsinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitləri qeyri-qanuni yollarla ölkəyə gətirməkdə ittiham olunan Bəxtiyar bunu “əsgərə yardım” adı ilə pərdələməyə çalışır. Özü də yüksəkvəzifəli məmurların adlarından istifadə etməklə. Əslində isə söhbət faktların saxtalaşdırılmasından, açıq şantajdan və müharibə dövründəki fəaliyyətdən siyasi məqsədlər üçün sui-istifadədən gedir. Çünki Bəxtiyar Hacıyevə ianələri toplamağa və aidiyyəti orqanların nəzarəti altında cəbhəyə aparmağa icazə verilib, daha onun iddia etdiyi kimi, gömrük rəsmiləşdirilməsi olmadan Azərbaycana nələrsə gətirməyə yox. 

Bu, təkcə hüquqi məsələ deyil, həm də mənəviyyat məsələsidir. Amma çətin ki Bəxtiyarın özü bunu anlasın. Vətən Müharibəsinin kölgəsinə sığınmağa çalışıb öz əməllərini ört-basdır etmək istəyənlərdən yaxşı heç nə gözlənilməz. 

Bəli, biz tolerant cəmiyyətik. 

Amma bizim də qırmızı xətlərimiz var. 

Bəxtiyar bu gün o xətlərdən birini də keçdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36