Bazar ertəsi, 20 May

Axtarış

Su” üzrə 17614 nəticə tapıldı

13.04.2021 - 17:34

NATO-nun Baş katibi Rusiyaya xəbərdarlıq edib
 

Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. Verilən xəbərə görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Y. Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədə son günlərdə minlərlə müharibəyə hazır hərbçsini göndərdiyini, vəziyyəti narahatlıqla izlədiklərini vurğulayıb. O bildirib ki, son günlərdə Ukraynanın şərqində


13.04.2021 - 17:15

Razi Nurullayev: " Büdcədən milyonlar oğurlanır "

Milli Məclisdə, Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Razi Nurullayev bir sıra məsələlərə toxunub. Xəbər verilir ki, "Hesabat çox genişdir və ətraflı hazırlanıb", deyən deputat vaxt azlığına görə ən vacib məqamları qeyd edib. "Hesablama Palatası 2021-25-ci illər üçün yeni strateji plan qəbul edib və öz işində təkmilləşdirilməli olan sahələri sadalayıb. Audit fəaliyyət sayı həqiqətən ç


13.04.2021 - 16:35

Müğənni Mənzurəyə efirdə şok təklif - Video

Müğənni Mənzurə Musayevaya efirdə elçi düşüb. Xəbər verilir ki, ARB telekanalında yayımlanan "Heç vaxt heç yerdə" verilişinin qonağı olan ifaçı gözlənilməz təklif alıb. Belə ki, canlı efirdə Rasim adlı bir bəy ifaçıya elçi düşüb. O, 50 yaşlı müğənni ilə evlənmək istədiyini, fikrinin ciddi olduğunu qeyd edib: "Həyat yoldaşım dünyasını dəyişib. Üç övladım var. Qızım ərə getdi. İndi balaca oğ


13.04.2021 - 16:15

Peyvəndə münasibət daha da siyasiləşir – “Nyu-York Tayms”

Verilən məlumata görə, yazıda deyilir ki, ABŞ prezident Cozef Bayden qubernatorları tez bir zamanda yetkin yaşda olan bütün şəxsləri koronavirusa qarşı vaksinasiyaya cəlb etməyə çağırsa da, keçirilən sosioloji sorğular və virusun daha çox yayıldığı ştatlardakı gedişat ölkənin kollektiv immunitetdən hələ uzaq olduğunu göstərir: “ABŞ-ın baş infeksionisti doktor Entoni Fauçinin sözlərinə görə, infeksiyanın insanlar arasında sərbəst dolaşmasına


13.04.2021 - 15:35

Serj Sarkisyanın qardaşı oğlu yenidən həbs edilib

Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın həbsi barədə qərar qəbul edib. Verilən xəbərə görə, bu barədə bu gün Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan “Facebook”da bildirib. Onun sözlərinə görə, ötən gün Kassasiya Məhkəməsi Baş Prokurorluğun şikayətini təmin edib. Belə ki, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və N.


13.04.2021 - 15:15

Baydendən müsəlmanlara MARAQLI TƏBRİK

ABŞ prezidenti Co Bayden bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib. Xəbər verilir ki, Bayden təbriki öz tviter hesabından edib: “Həyat yoldaşım Cil və mən ABŞ-da, eləcə də bütün dünyada məskunlaşan müsəlmanları səmimi qəlbdən təbrik edir və xoş arzularımı bildirirəm. Xeyirli Ramazanlar!” Co Bayden müsəlmanların müqəddəs kitabı Qurani Kərimdən Nur surəsi 35-ci


13.04.2021 - 14:54

Türkiyədə məhkəmə 10 keçmiş admiralı həbsdən AZAD ETDİ

Ankara məhkəməsi daha əvvəl Montrö konvensiyasını müdafiə edən bəyanat yayması ilə əlaqədar saxlanılan 10 keçmiş admiralı sərbəst buraxıb. Xəbər verilir ki, bu qərara baxmayaraq, istefada olan hərbçilərə ölkədən çıxma qadağası qoyulub. Xatırladaq ki, aprelin 4-ü Türkiyənin istefada olan 104 admiralı birgə bəyanat yayaraq Montrö konvensiyasını Türkiyənin diplomatik qələbəsi adlandırmışdı. Bəyanatı yayan admiralların fikrincə, həmin


13.04.2021 - 14:36

Tibb Universitetində qanunsuz xərclər aşkarlanıb

400 min manatdan çox vəsait dövlət büdcəsinə qaytarılıb. Hesablama Palatasının Azərbaycan Tibb Universitetində (ATU) 2018-2019-cu illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair apardığı maliyyə auditinin nəticələri açıqlanıb. Sənəddə qeyd edilir ki, ATU-da hərbi həkim hazırlayan Hərbi tibbi fakültədə çalışan, lakin Müdafiə Nazirliyinin kontingenti olan, 2018-ci ildə 55 nəfər və 2019-cu ildə 50 nəfər inzibati


13.04.2021 - 13:57

Məsut Özil klub aldı

“Fənərbaxça”nın futbolçusu Məsut Özil Meksika klublarından “Necaxa”nın şəriki olub. Xəbər verilir ki, 32 yaşlı yarımmüdafiəçi ABŞ-dan iş adamları Ol Tailis, Sam Porter, dünyaca məşhur model Eva Lonqoriya, model Keyt Apton, beysbol ulduzu Castin Verlanderlə birgə “Necaxa”nın hissədarlarından biri olub. Klub Meksika Superliqasında mübarizə aparır. Həmçinin komanda kifayət qədər azarkeşə malikdir. Özil belə bir addım atmaqla Meksikada klub alan ilk


13.04.2021 - 13:15

Deputatın qardaşı oğlu hansı cinayətlərdə ittiham olunub ? — Özəl dosye
 

Deputat Əhliman Əmiraslanovun dələduzluqda ittiham olunan qardaşı oğlu, 1983-cü il təvəllüdlü Emil Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Əldə etdiyimiz məlumata görə, Emil Əmiraslanov aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə işə qəbul edilməsində köməklik göstərilməsi barədə tanışı olmaqla cinayətdən xəbərsiz tanışı Xəqani vasitəsilə 2019-cu ilin oktyabr ayının ə


13.04.2021 - 13:13

Uşaqlar COVID-19 virusunu necə keçirirlər?- Baş pediatr AÇIQLADI

Uşaqlar düzgün və keyfiyyətli qidalandırılmalı (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməli, açıq havada gəzdirilməli və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq saxlanılmalıdırlar Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqlar arasında koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı müsahibə verib: - Uşaqlar COVID-19 virusunu necə keçirirlər? - 1 il 4 aydan artıq müddətdə davam


13.04.2021 - 12:35

Mövlam Şıxəliyev işgəncə ilə adam öldürməkdə ittiham edilir

“Mövlam Şixəliyev bizə saxta istintaqı quran və onun başında duran adam olub. İşgəncələr, təzyiqlər və başqa qeyri-insani davranışlardan istifadə edərək, saxta cinayət işimizin ssenarisini yazanların biri idi. MTN ləğv ediləndə ilk növbədə onun həbs etmək lazım idi". Xəbər verilir ki, bu sözləri açıqlamasında MTN tərəfindən həbs edilərək 14 ilə yaxın cəza çəkmiş Səid Dadaş


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41