Cümə, 03 May

Baydendən müsəlmanlara MARAQLI TƏBRİK

image

ABŞ prezidenti Co Bayden bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib.

Xəbər verilir ki, Bayden təbriki öz tviter hesabından edib: “Həyat yoldaşım Cil və mən ABŞ-da, eləcə də bütün dünyada məskunlaşan müsəlmanları səmimi qəlbdən təbrik edir və xoş arzularımı bildirirəm. Xeyirli Ramazanlar!”

Co Bayden müsəlmanların müqəddəs kitabı Qurani Kərimdən Nur surəsi 35-ci ayədə bildirilən “Allah göylərin və yerin nurudur” ayəsini misal gətirərək qarşıda hər kəsi ümid dolu günlər gözlədiyini bildirib. O həmçinin təbrik mesajında müsəlmanların bir çox sahələrdə üstünlüklərini qeyd edərək koronavirus əleyhinə istehsal olunan dərmanların hazırlanmasında da rollarının böyük olduğuna diqqət çəkib.

ABŞ prezidenti ölkəsində yaşayan müsəlmanların inancını qorxu içərisində yaşamamalı olduğunu bildirib.

Bayden həmçinin Çində Uyğur türklərinin, Myanmada isə arakanlı müsəlmanlarının haqlarının pozulmasına da diqqət çəkərək, onların hüquqlarının qorunması üçün mübarizə aparacağını vurğulayıb.

Sonda isə Ramazan bayramının bu il virtual qeyd ediləcəyinə diqqəti yönəldərək növbəti il bu təbrikləri üz-üzə qeyd edəcəklərini ümid etdiyini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15