Bazar, 05 May

Peyvəndə münasibət daha da siyasiləşir – “Nyu-York Tayms”

image

Verilən məlumata görə, yazıda deyilir ki, ABŞ prezident Cozef Bayden qubernatorları tez bir zamanda yetkin yaşda olan bütün şəxsləri koronavirusa qarşı vaksinasiyaya cəlb etməyə çağırsa da, keçirilən sosioloji sorğular və virusun daha çox yayıldığı ştatlardakı gedişat ölkənin kollektiv immunitetdən hələ uzaq olduğunu göstərir:

“ABŞ-ın baş infeksionisti doktor Entoni Fauçinin sözlərinə görə, infeksiyanın insanlar arasında sərbəst dolaşmasına son qoymaq, ölkədə kollektiv immunitet formalaşdırmaq üçün əhalinin ən azı 75%-i peyvəndlənməlidir.

“Axios/İpsos” sorğu şirkətinin apardığı araşdırma bugünədək yetkin amerikalıların yarıya qədərinin peyvəndin birinci dozasını qəbul etdiyini təsdiqləyib. Amma bir az sonra peyvəndlənənlərin tempinin azalacağı ehtimal edilir. Çünki sorğu zamanı peyvənd olunmayanların 25 faizi daha bir il gözləyəcəyini bəyan edib. Sorğu iştirakçılarının yalnız 19 faizi fürsət düşən kimi, yaxın bir neçə həftədə peyvənd olunacağını söyləyib”.

Yazıda vurğulanır ki, peyvəndə şübhənin kökündə onun təhlükəsiz olduğuna inamsızlıq durur.

ABŞ-ın Kayzerlər Ailəsi Fondunun bir qədər əvvəl keçirdiyi sorğu göstərib ki, ölkə əhalisinin üçdə birindən çoxu COVİD peyvəndlərinin təhlükəsizlik və effektivlik baxımından etibarlı sınaqdan keçirildiyinə elə də əmin deyil: “Həmin sorğu aşkara çıxarıb ki, hətta səhiyyə işçilərinin 36 faizi peyvəndlənmə məsələsinə şübhə ilə yanaşır. Etibar etmək məsələsi ortaya çıxanda “Bunu öz uşağına qıyarsanmı?” kimi sual yaranır.

Doktor Fauci açıq şəkildə deyib ki, gənclərin böyük bir qismi peyvəndlənməsə, kollektiv immunitetə çatmaq mümkün olmayacaq. “Axios/İpsos”un sorğusunda isə valideynlərin yarıya qədəri bildirib ki, onların övladları peyvənd elətdirənlərin ön cərgəsində dayanmayacaq.

Evində 18 yaşınadək övladı olan respondentlərin 52 faizi deyib ki, övladlarının yaşı vaksinasiyaya uyğun gələn kimi bu fürsətdən yararlanacaq. Valideynlərin 48 faizi isə bunu etməyəcəyini vurğulayıb”.

“Nyu-York Tayms” qeyd edir ki, əhali arasında vaksinə şübhə davam etsə də, vaksinasiya amerikalıların getdikcə daha tez-tez bir yerə toplaşmasına yol açmaqdadır. “Axios/İpsos”un sorğusunda respondentlərin 55 faizi son aylarda ailə üzvləri və dostları ilə daha çox vaxt keçirdiyini söyləyib. Sorğu iştirakçılarının 45 faizi bu

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15