Cümə, 10 May

Müğənni Mənzurəyə efirdə şok təklif - Video

image

Müğənni Mənzurə Musayevaya efirdə elçi düşüb.

Xəbər verilir ki, ARB telekanalında yayımlanan "Heç vaxt heç yerdə" verilişinin qonağı olan ifaçı gözlənilməz təklif alıb.

Belə ki, canlı efirdə Rasim adlı bir bəy ifaçıya elçi düşüb. O, 50 yaşlı müğənni ilə evlənmək istədiyini, fikrinin ciddi olduğunu qeyd edib:

"Həyat yoldaşım dünyasını dəyişib. Üç övladım var. Qızım ərə getdi. İndi balaca oğlumla qalıram. Övladlarım da Mənzurə xanımı qəbul edir. Balalarımın canı, Allaha and olsun fikrimdə ciddiyəm. Mənə nə olub ki? Məndən artıq oğlana ərə gedəcək? Mənzurə xanım istəsə bizim, ya da onun evində qala bilərik. Fərqi yoxdur. Bəlkə sabah Mənzurə xanımla verilişdən sonra bir çay içək, bir-birimizi yaxından tanıyaq. İstərdim ki, o, mənim həyat yoldaşım olsun. Razı olmasa, qaçırdacam".

Müğənni əvvəlcə təklifi rədd etsə də, efirdəki qonaqların və aparıcının təkidindən sonra bu barədə düşünəcəyini qeyd edib. 

Həmin görüntüləri təqdim edirik:

 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32