Bazar ertəsi, 29 Aprel

Axtarış

Sabirabad” üzrə 140 nəticə tapıldı

19.07.2022 - 16:14

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların adları - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb. Bu barədə Agentlikdən məlumat verilib. Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət gö


14.07.2022 - 09:00

Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir? 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı barədə sensasiya sayıla biləcək məlumatlar yayılıb. Xəbər verilir ki, “Gündəlik Bakı” 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin, 2019-cu ildən bugünədək isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Siraqəddin Cabbarovun Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev sayəsində vəzifə aldığını yazıb. Bildirilib ki, məhz Ramiz Mehdiyevin “xeyir-duası” ilə Cabbarov əvvəlcə Saatlı


13.07.2022 - 10:02

“O, hansı qayğıdır ki, qazi özünü öldürüb?!” – Flora Kərimovadan icra başçısına sərt sözlər 

Xalq artisti Flora Kərimova özünü yandıraraq intihar edən qazinin faciəsinə səssiz qalmayaraq sosial şəbəkədə paylaşım edib. Xəbər verilir ki, Flora Kərimova qazini intihar həddinə çatdıranları tənqid edib: "Bu, nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir vətən oğlu niyə çörək üçün balasından utanıb, özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik,


12.07.2022 - 13:36

“Mauqli” ləqəbli Elvin müharibədən qayıdanda belə qarşılanmışdı... - VİDEO

Xəbər verdiyimiz kimi, Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib. Xəbər verilir ki, sosial şəbəkələrdə  istifadəçilər “AzərTAC” agentliyinin qazi haqqında  hazırladığı “Vətən müharibəsində düşmənə qan udduran Mauqli ləqə


12.07.2022 - 11:25

Dənizdə batan 2 nəfər xilas edildi

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Xəbər verilir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Sabirabad” və “Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.


12.07.2022 - 09:20

Özünü yandıran qazimiz vəfat etdi

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Xəbər verilir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.


07.07.2022 - 16:30

Sabirabadda qadın iynədən şoka düşüb öldü

Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb. Xəbər verilir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya


01.07.2022 - 16:15

İyul ayı üçün hava proqnozu AÇIQLANDI

Azərbaycanda iyul ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə bir qədər az olacağı ehtimal olunur. Birinci ongünlüyün birinci yarısında əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsada şimal və qərb


30.06.2022 - 14:08

​​​​​​Taxıl sahələrinin 50 faizə yaxını biçilib

Respublikanın 61 rayonunda taxıl biçini davam edir. Ümumilikdə taxıl sahələrinin 49 faizində, o cümlədən arpa sahələrinin 75 faizində biçin başa çatıb. Biçin prosesində 1503 kombayn iştirak edir. Onlardan 649-u “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 854 kombayn cəlb


30.06.2022 - 13:06

Azərbaycanda yüksək vəzifəli şəxs SAXLANILDI - FOTO

Sabirabadın baş memarı saxlanılıb. Əldə etdiyimiz xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Qasımov Müşviq Vidadi oğlu tutulub. O, külli miqdarda rüşvət almaqda və mənimsəmədə şübhəli bilinir. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.


27.06.2022 - 10:30

Azərbaycanda velosipedçini maşın vurub öldürdü

İyunun 25-də saat 17 radələrində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində kənd sakini U.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən həmkəndlisi Ayxan Əkbərovu vurub.  Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib. Nəticədə velosipedçi hadisə yerində ölüb. Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.


16.06.2022 - 19:20

Azərbaycanda bacı-qardaş kimyəvi maddə içdi - 4 yaşlı qız öldü

Sabirabadda azyaşlı bacı-qardaş zəhərlənib. Xəbər verilir ki, hadisə Sabirabad rayonunun Şıxlar kəndində baş verib. Onlar bitkilər üçün nəzərdə tutulan kimyəvi maddə içiblər. Hadisədən sonra 2018-ci il təvəllüdlü Əhmədzadə Zəhra Emin qızı zəhərlənərək ölüb. Onun qardaşı 2015-ci il təvəllüdlü Elmir isə Bakı şəhərinə aparılıb. Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39