Bazar ertəsi, 29 Aprel

“O, hansı qayğıdır ki, qazi özünü öldürüb?!” – Flora Kərimovadan icra başçısına sərt sözlər 

image

Xalq artisti Flora Kərimova özünü yandıraraq intihar edən qazinin faciəsinə səssiz qalmayaraq sosial şəbəkədə paylaşım edib.

Xəbər verilir ki, Flora Kərimova qazini intihar həddinə çatdıranları tənqid edib:

"Bu, nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir vətən oğlu niyə çörək üçün balasından utanıb, özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?

O igid müharibədə qardaş, yoldaş itkisi görmüş biridir. İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havayacan bu oğullara borcluyuq. Çətin idi bir insanı razı salmaq? O torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın axı?! Bəs etmədi bu torpaq üçün şəhid olan 4 min şəhidin qanı ki, yarıcan canları ilə əlləşən qazilər də "qurban" olsun?!

İcra başçısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb?! Bəsdirin millətin hissiyyatı ilə oynadınız! Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq!"

Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən 35 yaşlı qazi Elvin Cəfərov ötən gecə vəfat edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55