Bazar ertəsi, 29 Aprel

Axtarış

Ronaldo” üzrə 87 nəticə tapıldı

20.10.2021 - 10:21

Kassano: “Ronaldu heç dünyanın ən yaxşı beş futbolçusu sırasına da daxil deyil”

İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano dünya tarixinin ən yaxşıları hesab etdiyi beş futbolçunun adını açıqlayıb. “Kriştianu Ronaldu – tarixin ən yaxşı futbolçusudur? O, heç ən yaxşı beşliyə də daxil deyil. Mənim üçün ən yaxşı futbolçular Messi, Pele, Maradona, Kroyf və Ronaldodur (braziliyalı). Bunlar başqa səviyyədə fenomenlərdir. Əgər siyahıda kimisə dəyişməli olsam, Marko van Basteni əlavə edərdim”, - deyə A.Kassano bildirib.


07.10.2021 - 21:32

Poqba Ronaldoya görə qərarını dəyişdi

"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubdakı gələcəyi ilə bağlı fikrini dəyişib. Xəbər verilir ki, 28 yaşlı yarımmüdafiəçi artıq "qırmızı şeytanlar"dan ayrılmaq istəmir. O, komandada qalmağı seçib. Poqbanın belə qərar verməsində "Mançester Yunayted"in Kriştiano Ronaldo, Rafael Varan və Ceydon Sanço kimi futbolçuları transfer etməsi də əhəmiyyətli rol oynayıb. Buna görə də fransalı oyunçu klubu ilə yeni


22.09.2021 - 14:35

Ronaldo hamını qabaqlayır

"Forbes" 2021/22 mövsümündə ən çox qazancı olan futbolçuların siyahısını açıqlayıb. Xəbər verilir ki, sıralamaya "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo rəhbərlik edir. 36 yaşlı hücumçu vergilər çıxılmadan 125 milyon dollar qazanacaq. 2-ci yerdə PSJ-nin oyunçusu Lionel Messidir - 110 milyon dollar. Onun komanda yoldaşlarından Neymar 4-cü, (95 milyon dollar) Kilian Mbappe isə (43 milyon dollar) 5-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Ronaldo avqustun 31-i "Mançester Yunayted"


15.09.2021 - 09:15

“Bavariya” “Barselona”nı darmadağın etdi, “Mançester Yunayted” gözlənilmədən uduzdu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub. Xəbər verilir ki, turun mərkəzi görüşündə İspaniyada "Barselona" "Bavariya" ilə qarşılaşıb. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu seçilən Robert Levandovski vurub. Turun sensasiyası isə İsveçrədə qeydə alıınıb. "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Kristiano Ronaldo mançesterlilə


14.09.2021 - 13:55

Ronaldodan CZN Buraka ortaqlıq təklifi

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb.  Xəbər verilir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta  o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq. İngiltərəyə gəlməyimi təklif edib. İşlərlə  bağlı yeniliklər  olacaq",-deyə  bildirib.  Burak Özdemirin Ronolda ilə şərik olma xəbə


12.09.2021 - 11:52

"Mançester Yunayted" qalib gəldi - Ronaldo ilk oyununda dubl etdi

İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində “Mançester Yunayted” klubu öz meydanında “Nyukasl”ı qəbul edib. Məlumata görə, oyun meydan sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Mançester Yunayted”in heyətində qolları K.Ronaldo (45+2 və 62c- dəqiqələr), Bruno Fernandeş (80-ci dəqiqə) və Cessi Linqard (90+2-ci dəqiqə) vurublar, “Nyukasl”ı yeganə qolunun müəllifi isə 56-cı dəqiqədə Havyer Mankilyo olub. Qeyd edək ki, dörd turdan sonra “Mançester Yunayted”


11.09.2021 - 12:16

İbrahimoviç: Messi və Ronaldo məndən yaxşı deyil

“Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç özünü dünyanın ən yaxşı futbolçusu adlandırıb. Xəbər verilir ki, bunu İbrahimoviç jurnalistlərə açıqlamasında deyib. “Əgər şəxsi keyfiyyətlər haqqında danışsaq, Messi və Ronaldo məndən heç nə ilə yaxşı deyil. Əgər kuboklar haqqında danışsaq, bəli, mən Çempionlar Liqasında qalib gəlməmişəm. Futbolçular komanda oyunundan asılıdırlar. Tək oyunçu uğur qazana bilməz.


03.09.2021 - 13:37

Kriştiano Ronaldo Ginnesin rekordları kitabına düşüb

Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo Ginnesin rekordları kitabına düşüb. Məlumata görə, bunu 36 yaşlı hücumçunun özü açıqlayıb. Ronaldo bununla bağlı müvafiq sertifikat aldığını instaqram səhifəsində paylaşıb: “Ginnesin rekordları kitabına təşəkkür edirəm. Dünya rekordçusu hesab olunmaq həmişə xoşdur. Gəlin daha yüksək göstəriciyə nail olmağa cəhd edək”. Kriştiano yığmada ən ç


02.09.2021 - 19:42

Ronaldo rəqib futbolçuya şillə vurdu - Video

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı matçda (2:1) rəqib futbolçu Daru Oşinin üzünə şillə vurub. Xəbər verilir ki, bu, 15-ci dəqiqədə İrlandiyanın qapısına penalti təyin olunan zaman baş verib. Belə ki, 36 yaşlı hücumçu topu penalti nöqtəsinə gətirdiyi vaxt Oşi topa toxunaraq onu hərəkət etdirib. Bundan sonra duyğularına hakim ola bilməyən Ronaldo rəqibinə ü


27.08.2021 - 18:20

Ronaldo 20 milyon maaşla bu kluba keçdi

Məşhur portuqaliyalı futbolçu, "Yuventus"un hücumçusu Kriştiano Ronaldu "Mançester Siti" klubu ilə anlaşıb. Xəbər verilir ki, futbolçunun müqaviləsi 2023-cü ilin yayına qədər olacaq. "Yuventus" futbolçuya görə 30 milyon avro alacaq. Yeni klubunda Ronaldu illik 20 milyon avro əmək haqqı alacaq.


23.08.2021 - 09:15

"Yuventus" "Udineze" ilə bərabərə oynadı - Ronaldonun qolu ləğv edildi

Futbol üzrə İtaliya çempionatının ilk turunda Turinin "Yuventus" klubu "Udineze" ilə heç-heçə oynayıb.  Xəbər verilir ki, 2:2 hesabı ilə bitən görüş Udin şəhərindəki "Dacia Arena"da keçirilib. "Yuventus"dan qolları Paolo Dibala (3-cü dəqiqə) və Xuan Kuadrado (23), “Udineze”dən isə Roberto Pereyra (51 - penaltidən) və Jerar Delofeu (84) vurublar. Matça əlavə olunan dördüncü dəqiqədə Kriştiano Ronaldonun qolu hakim videoasistenti (VAR) sistemindən istifadə edildikdən sonra ləğv olundu. 28 avqustda keçirilə


19.08.2021 - 09:15

Ronaldo “Yuventus”dan ayrılır

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubu ilə yollarını ayıra bilər. Xəbər verilir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bildirilib ki, 36 yaşlı futbolçunun agenti “Mançester Siti” klubuna onun xidmətindən yararlanmağı təklif edib. Məlumata görə, “Yuventus” Ronaldonu 30 milyon avroya satmaq şərti ilə razılaşıb. Hücumçunun “Qoca sinyora” ilə qüvvədə olan müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39