Cümə, 26 Aprel

“Bavariya” “Barselona”nı darmadağın etdi, “Mançester Yunayted” gözlənilmədən uduzdu

image

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.

Xəbər verilir ki, turun mərkəzi görüşündə İspaniyada "Barselona" "Bavariya" ilə qarşılaşıb. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu seçilən Robert Levandovski vurub.

Turun sensasiyası isə İsveçrədə qeydə alıınıb. "Yanq Boyz" "Mançester Yunayted"ə qalib gəlib. Kristiano Ronaldo mançesterliləri hesabda irəli çıxarsa da, meydən sahibləri rəqibin azlıqda qalmasından istifadə edərək qələbə qazanıblar - 2:1.

Qitənin ən nüfuzlu klub turnirinin son qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3

Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0

F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1

Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13

Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2

Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83

Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)

Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0

Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0

Qol: Romelu Lukaku, 69

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3

Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1

Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33