Cümə, 17 May

Britaniya Belarus - Polşa sərhədinə hərbçilərini göndərdi – FOTO

image

Britaniya miqrant böhranının yaşandığı Belarus - Polşa sərhədinə hərbçilərini göndərib.

Bunu krallığın Müdafiə Nazirliyi təsdiq edib.

Qurumun mətbuat xidmətinin “Twitter” səhifəsindəki paylaşımında hərbçilərdən ibarət azsaylı qrupun texniki dəstək məqsədilə göndərildiyi bildirilib.

Polşanın müdafiə naziri Mariuş Blaşakın sözlərinə görə, britaniyalı hərbçilər sərhəd maneələrinin möhkəmləndirilməsində polşalı həmkarlarına yardım edəcəklər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58