Bazar ertəsi, 29 Aprel

Lukaşenko “İskəndər” istəyir - Avropanı təhdid edir

image

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Avropa ölkələri ilə qarşıdurması davam edir. Polşa ilə sərhəddə yaşanan qaçqın böhranı və Avropa Birliyinin Belarusu növbəti sanksiyalarla hədələməsi bu qarşıdurmanı daha da dərinləşdirib.

Xəbər verilir ki, ötən gün Rusiyanın “Milli müdafiə” jurnalına müsahibə verən Belarus Prezidenti Rusiyadan bir neçə “İskəndər” raket kompleksi almaq istədiyini deyib: “Mənə qərb və cənub istiqamətində bir neçə divizion (“İskəndər”) lazımdır, qoy orada dursunlar. Bu, 500 kilometrdir (uçuş məsafəsi-red.). Bizim “Polonez” isə 300 kilometrə qədərdir”.

Qeyd edək ki, Belarus cənubdan Ukrayna, qərbdən isə Polşa və Pribaltika respublikaları ilə həmsərhəddir. A.Lukaşenko da böyük ehtimalla bu açıqlaması ilə təkcə həmsərhəd dövlətləri deyil, bütünlükdə Avropa Birliyini üstüörtülü şəkildə təhdid edib. Ardınca, Belarus Prezidenti deyib: “Biz görürük ki, harada raket zərbəsi vurmaq, harada isə “Toçka” və “BUK-MB”-dən istifadə etmək olar.”

Göründüyü kimi, xüsusilə də Rusiya ilə ittifaq dövləti yaratmaq qərarına gələndən sonra Belarus Prezidentinin Qərbə münasibətdə ritorikası daha da kəskinləşib. Ancaq əksər ekspertlər bu qarşıdurmanın nəticədə ən çox Belarus iqtisadiyyatı və əhalisinin sosial durumuna mənfi təsir göstərəcəyi fikrindədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39