“Pensiya” üzrə 300 nəticə tapıldı
"Pensiya yaşı ilə bağlı yanaşmamız ondan ibarətdir ki, differensial yaş mexanizmi tətbiq olunsun. Xanımların daha tez pensiyaya çıxmasını təklif edirik". Bunu açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada iki məqam var: "Birinci xanımların pensiya yaşının kişilərlə müqayisədə daha az olmasıdır. Belə ki, xanımların pensiya yaşı 63-də saxlanılsın. Ona görə ki, xanımların xüsusən yaşlı dövrlə
Ötən il 141, bu ilin ilk rübündə 35 uşağın övladlığa götürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib. Reinteqrasiya tədbirləri nəticəsində 2023-cü ildə 177, cari ilin 3 ayında 39 uşağın sosial xidmət müəssisələrindən öz bioloji ailələrinə qaytarıldığı bildirilib. Habelə sosial dəstək mexanizmlərindən istifadə olunmaqla və maarifləndirmə tədbirləri ilə
Əmək pensiyası vətəndaşlarımızın illər ərzində göstərdiyi əmək fəaliyyətinin nəticəsi olaraq təyin olunur. Bu zaman müəyyən olunmuş pensiya stajına və pensiya kapitalına çatmaq lazımdır. Lakin burada bir sıra sual doğuran məqamlar ortaya çıxır. Məsələn, şəxs pensiya yaşına çatmadan müəyyən olunmuş pensiya kapitalına çatarsa, ondan istifadə edə biləcəkmi? Yaxud da müəyyən olunmuş kapital həddinə ç
Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Xəbər verilir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. "Respublika üzrə aprel ayının pensiylarının ödənişi davam etdirilir. Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri,
May-iyun aylarında maaş və pensiyalarda artım olacağı gözlənilir. Xəbər verilir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov "TV Müsavat" efirində aparıcı Sevinc Telmanqızının təqdimatında yayımlanan “Canlı debat” verilişində deyib. Deputat qeyd edib ki, neftin qiyməti yüksək olduğu üçün dövlət büdcəsindən maaş və sosial müavinətlərin artırılması məqsədilə kifayət qədər büdcə ayrı
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, yaxın günlərdə respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib. Xəbər verilir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. "2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bö
“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik özündə üç niyyəti ehtiva edir. Birinci valideyin himayəsindən məhrum olmuş və yaxud valideynlərin vəfat etmiş uşaqların ailələrə, qəyyumluğa götürülməsini stimullaşdırır, ikinci bu sahədə pensiya təminatının elektronlaşdırılmasına təminat yaradır. Üçüncü istiqamət isə atalara uşaqlara görə 5 il tez pensiyaya çıxmaq imkanı yaradır. Xəbər verilir ki, bunu
“Kommersant” nəşri qardaş ölkədə sabah keçiriləcək bələdiyyə seçkilərindən və Prezident Ərdoğanın mümkün planlarından yazıb Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri Rusiya mediası da diqqətlə izləyir. Musavat.com xəbər verir ki, “Kommersant” nəşri sabahkı seçki ilə bağlı geniş təhlil dərc edib. Rusiya nəşrinin qiymətləndirməsinə görə, bu seçki 2028-də olacaq prezident seçkisinin
Əhali arasında kommunal xidmətlərin qiymətləri və tarifləri ilə bağlı yetərincə narazılıq var. Xüsusən qaz və işıqla bağlı müəyyən limitlərin tətbiqi bir çox vətəndaşa kommunal ödənişləri ödəməkdə çətinlik yaradır. Cəmiyyətdə etiraz doğuran digər nüans isə təqdim olunan tariflərlə bağlıdır. Mövzu ilə bağlı danışan kommunal məsələr üzrə ekspert Elç
Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu kimi qaldı. İstər minimum əməkhaqqı, istərsə də xəstəliklə əlaqədar müavinət alanlar artım olacağını gözləyirlər. Xəbər verilir ki, iqtisadçı Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında müavinət və pensiyaların artırılmasının büdcədə iki cür nəzərdə tutulduğunu qeyd
Pensiyaçı nəinki analıq xoşbəxtliyini yaşayıb, həm də Ginnesin Rekordlar Kitabına düşüb. Məlumat verilir ki, bu hadisə 2005-ci ildə baş verib. O zaman Rumıniya sakini Adriana İliesku 66 yaşında ilk dəfə ana olub. O, Eliza adlı bir qızı dünyaya gətirib və bununla da o dövrdə dünyanın ən yaşlı valideyni statusunu qazanıb. Bundan sonra Adriana tənqid atəşinə tutulub. Mətbuatın və ictimaiyyətin diqqəti ona yönəlib.