Çərşənbə axşamı, 30 Aprel

Türkiyədə növbədənkənar prezident seçkisi?

image

“Kommersant” nəşri qardaş ölkədə sabah keçiriləcək bələdiyyə seçkilərindən və Prezident Ərdoğanın mümkün planlarından yazıb

Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkiləri Rusiya mediası da diqqətlə izləyir. Musavat.com xəbər verir ki, “Kommersant” nəşri sabahkı seçki ilə bağlı geniş təhlil dərc edib.

Rusiya nəşrinin qiymətləndirməsinə görə, bu seçki 2028-də olacaq prezident seçkisinin baş məşqi hesab oluna bilər. “Diqqət hazırda müxalifətin nəzarəti altında olan ölkənin ən böyük şəhərlərindəki bələdiyyələrə yönəlib. Onların arasında hazırkı bələdiyyə başqanı Əkrəm İmamoğlu ilə hakim Ədalət və İnkişaf Partiyasının iddialı təmsilçisi Murat Kurumun yaraşıcağı İstanbul da var. Ekspertlər qeyd edirlər ki, prezident Rəcəb Tayyib Ərdoğanın müttəfiqlərinin bu seçkilərdə uğurlu çıxışı sonradan konstitusiya dəyişikliklərinə yol aça bilər – məsələn, dövlət başçısının ardıcıl üçüncü müddətə yenidən seçilməsini qadağan edən müddəa ləğv edilə bilər” -nəşr tazır.

“Kommersant” xatırladır ki, 2019-cu ildə ölkənin altı ən böyük şəhərindən beşində- İstanbul, Ankara, İzmir, Antalya və Adanada birləşmiş müxalifət qalib gəldikdən sonra hakim Ədalət və İnkişaf Partiyasının mövqeyi xeyli sarsıldı: “Yeganə istisna Bursa idi. İndi Türkiyə hakimiyyəti 2028-ci il seçkilərində müxalifətdən gələn hər hansı təhlükəni aradan qaldırmaq üçün mövqelərini gücləndirmək niyyətindədir. Hələlik, rəy sorğularına görə, ölkədə hakim partiyaya dəstək 33,5% səviyyəsində qalır. Əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasına 25,1% faiz dəstək var.

Martın 31-də keçiriləcək seçkilər həm də ona görə önəmlidir ki, “bu, mənim üçün finaldır” deyən 71 yaşlı siyasətçi Ərdoğan ilk dəfə olaraq dövlət başçısı postuna bir daha namizədliyini irəli sürməyəcəyini bildirib. Yəni səsvermə həm də dövlət başçısı postunun potensial varislərini üzə çıxara bilər”.

Rusiya nəşri yazır ki, analitiklərə görə, Ərdoğan əslində postunu tərk etmək niyyətində deyil: “Türkiyənin müxalifət kanalı NTV-nin xəbərinə görə, hazırkı prezident İstanbul və Ankaranı öz nəzarətinə qaytara bilsə, bu, son nəticədə güc balansını dəyişə bilər. NTV qeyd edir ki, martın 31-də keçirilən səsvermə müxalifəti parçalaya və hakimiyyətə Türkiyə parlamentində əlavə səslər gətirə bilər. Bu da ölkə rəhbərliyinə konstitusiyaya əlavə dəyişikliklər edilməsi şansını artıracaq. 101-ci maddəyə görə siyasətçinin iki dəfədən artıq prezident vəzifəsini tutmaq hüququ yoxdur. 2003-cü ildə Rəcəb Tayyib Ərdoğan o vaxtkı əsas baş nazir postunu tutub, 2014-cü ildə prezident olub, 2018-ci ildə konstitusiya dəyişikliklərindən sonra müddətlər sıfırlanıb, 2023-cü ildə isə siyasətçi yenidən seçilib”.

Nəşr yenə də MTV-yə istinadən yazır ki, Türkiyədə növbədənkənar prezident seçkilərinin elan olunması ilə bağlı plan var. “Belə olan halda isə konstitusiyanın 116-cı maddəsində qeyd olunduğu kimi, hazırkı dövlət başçısının yenidən namizədliyini irəli sürmək hüququ var. Bunun üçün isə Rəcəb Tayyib Ərdoğana parlament üzvlərinin 360 səsi lazımdır. Hakim partiya ilə müttəfiqinin(MHP) hazırda parlamentdə 313 yeri var.

Martın 31-də əsas döyüş İstanbul uğrunda gedəcək. Bu dəfə hakim partiya 2019-cu ildəki səhvlərini nəzərə alaraq gənc və iddialı namizəd irəli sürüb: keçmiş şəhərsalma və ətraf mühit naziri 47 yaşlı Murat Kurumu. 2023-cü il fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatı zamanı o, böyük siyasi çəki qazanıb. Sabiq nazirin adı bütün ölkədə sosial evlər tikən dövlət şirkəti TOKİ ilə hallanır. Zəlzələ zamanı TOKİ-nin tikdiyi evlərin heç biri uçmayıb - bu, dövlət şirkətinin nüfuzunu gücləndirib. Türkiyənin şərqinin bir çox sakini bu podratçıdan evlərdə mənzil almağa çalışır.

Murat Kurumun aztəminatlı Türkiyə vətəndaşlarına sosial evlərin verilməsi kampaniyasına nəzarət etməsi də vacibdir. Bundan əlavə, ətraf mühit naziri kimi o, 2021-ci ilin avqustunda Manavqat və Marmarisdə baş verən meşə yanğınlarının və 2022-ci ilin iyununda Kastamonuda baş verən daşqınların nəticələrinin aradan qaldırılmasından məsul idi. Hökumətyönlü media son bir ayda Əkrəm İmamoğlunu İstanbulda mənzil fondunun yenidən qurulması və şəhərin zəlzələyə daha davamlı olması ilə bağlı yerinə yetirilməmiş vədlərə görə fəal şəkildə tənqid edir. Eyni zamanda, məsələn, “TRT Haber” telekanalı qeyd edib: İmamoğlu 2019-cu ildə 100 min yeni mənzil tikəcəyini vəd etmişdi, lakin rəsmi məlumatlara görə, 5 ildə 10%-dən az tikilib - cəmi 9652. Hakimiyyət hətta müxalifət merinin son beş il ərzində nə qədər vədlər yerinə yetirdiyini izləyən xüsusi internet saytı da açıb. Portalın hesablamalarına görə, söhbət vəd edilənlərin cəmi 7%-dən gedir. İmamoğlu həmçinin Türkiyə hakimiyyətini yoxsulların və pensiyaçıların vəziyyətinə etinasız yanaşmasına görə tənqid edilir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42