Sumqayıtda işıq dirəyi aşdı: bu qəsəbə işıqsız qaldı
Sumqayıtda işıq dirəyi aşdı: bu qəsəbə işıqsız qaldı
Avtomobil qəzası nəticəsində Sumqayıt şəhərində işıq dirəkləri aşıb.
Xəbər verilir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib:
"Ərazidən keçən avtomobil yoldan çıxaraq elektrik dirəklərindən birini aşırdıb və həmin dirəyin kabellərinin dartılması nəticəsində daha bir dirək də aşıb. Hazırda hadisə yerində Azərişıq ASC-nin qəza xidməti çalışır. Qarşıdakı saatlarda dirəklər və elektrik enerjisinin verilişi bərpa ediləcək".
Azadsoz.com