“Pensiya” üzrə 301 nəticə tapıldı
“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Xəbər verilir ki, bu barədə deputat Vüqar Bayramov şərh verib. “Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik sə
Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Çox vaxt insanlar topladıqları pensiya kapitalını birdəfəyə əldə etmək arzusunda olurlar. Elə hesab edən vətəndaşlar var ki, bu vəsait onlara aid olduğundan pulu hissələrlə deyil, tam şəkildə götürməlidirlər. Çünki bir çox hallarda insan ömrünün müddəti pensiya kapitalından tam yararlanmağa imkan vermir. Lakin qanunvericilik pensiya kapitalından pensiya yaşına çatdıqdan sonra 12 il ərzində əldə etməyi nəzərdə tutur. Başqa sözlə, pensiya kapitalı 144
''Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial ödəniş təyin edilib''. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu müddət ərzində 4 039 nəfərə əlillik təyinatı aparılıb, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Anar Ə
"2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğunlaşdırılacaq. İlkin gözlənti budur ki, əmək pensiyaları 10,8% indeksasiya olunacaq. Bu, o deməkdir ki, mövcud rəqəm dəyişməyəcəksə, 2024-cü ilin yanvarında bütün növ pensiyalar orta hesabla 10,8% artırılacaq". Bu sözləri açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, artı
“Pensiya kapitalı illər üzrə ödənilir və indeksasiya olunaraq artırılır. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra bu vəsait qanunvericiliyə uyğun olaraq 12 il müddətinə qaytarılır”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib. “Əgər vətəndaş Dövlət Sosial Müdafiə Fonduna 25-30 il əvvəl 40 min pul ö
“2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir”. Xəbər verilir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2023-cü ildə görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, indeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək: “Mütəmadi olaraq
Bu gün Bakı, Sumqayıt, Abşeron rayonu üzrə yanvar ayının pensiya ödənişləri yekunlaşıb. Xəbər verilir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
Regionlar üzrə pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
Nazirlər Kabineti tərəfindən dəyişiklik edilən qaydalar əmək pensiyalarına əlçatanlığın artması məqsədi daşıyır. Qaydalarda əsas məqsəd ondan ibarətdir ki, əmək pensiyalarının təyin edilməsi və müraciət prosedurlarının sadələşdirilməsi və asanlanlaşdırılması mümkün olsun. Bu barədə trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxlər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb. Xəbər verilir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.