Bazar, 19 May

Bu ailələrin övladları təhlükə qarşısındadır - XƏBƏRDARLIQ

image

“Autizm diaqnozu yalnız uşaqlara qoyula bilər” fikri tamamilə yalnışdır. 

Xəbər verilir ki, bu sözləri “Birgə və Sağlam” İctimai Birliyi və DOST Agentliyinin “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə Birliyin nəzdindəki Autizm Mərkəzində keçirilən seminarda mərkəzin mütəxəssisi, psixoloq Aynur Qəribova bildirib. Onun sözlərinə görə, həmin diaqnoz istənilən yaşda özünü göstərir: 

“Autizm diaqnozu istənilən yaşda, istənilən şəxsə qoyula bilər. Autizmin yüngül, orta və ağır dərəcələri var. Autizmli uşaqların 40 yaşda olan valideynləri övladlarını mərkəzə gətirdikdən sonra özlərində olan fərqliliyi hiss edirlər. Bu situasiyada psixoloqa müraciət etdikdən sonra aydın olur ki, həmin şəxslərdə də autizmin müxtəlif əlamətləri mövcuddur. Elə valideyn də var ki, 30-dan çox yaşı var və özündə hər hansı əlamətləri hiss edib və müəyyən edilib ki, bu şəxsdə Asperger sindromu var. Həmin sindrom uşaqlar və yeniyetmələr arasında ən çox özünü büruzə verir. Sindromun əlamətləri çətin ünsiyyət qurma, məhdud marağa sahib olma, dialoq qurmaqda çətinlik yaşama  və s. kimi əlamətlərlə ortaya çıxır”. 

Psixoloq qeyd edib ki, autizmin genetik faktorla da əlaqəsi var: 

“Böyüklərdə də bu kimi əlamətlərin müəyyən edilməsi onu göstərir ki, əgər bu bizim mərkəzdə təsbit olunubsa, deməli, Azərbaycanda da oxşar vəziyyət təkrarlana bilər. Dünyada isə bu çox daha yüksəkdir. Beləliklə, autizmin təkcə uşaqlarda deyil, orta yaşlı insanlarda da müşahidə edildiyi bir daha sübut olunur. Burada mütəxəssisdən çox şey asılıdır. Bəzən autizm əlamətlərini şizofreniya ilə qarışıq salırlar və bu tamamilə səhv yanaşmadır. Çünki iki problemin bir-birilə heç bir oxşarlığı yoxdur. 

Autizm spektri pozuntusunun genetik faktorlarla əlaqəsi var. Ailədə hər hansı psixoloji bir xəstəlik, pozuntu varsa, gələcək nəsillərdə autizmin ortaya çıxma ehtimalı olduqca yüksəkdir. Həmçinin, autizmli insanın övladları da gələcəkdə bu problemdən əziyyət çəkə bilər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41