Bazar, 28 Aprel

Axtarış

Omikron” üzrə 113 nəticə tapıldı

26.12.2021 - 18:57

Gürcüstanda “Omikron”a yoluxanların sayı açıqlanıb

Gürcüstanda koronavirusun "omikron" ştamına yoluxanların sayı 144 nəfərə çatıb. Xəbər verilir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər. Qeyd olunub ki, Gürcüstanda "omikron" ştamına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilmişdi. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş etmişdi.


26.12.2021 - 18:14

"Omikron”un aşağı patogenliyinə aydınlıq gətirilib

Mütəxəssislər "omikron" ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər. Xəbər verilir ki, bu barədə "New York Times" qəzeti yazıb. Məlumata əsasən, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiç


26.12.2021 - 14:55

“Omicron” bu ölkədə dominant ştama çevrildi

Belçikada “omicron” dominant ştama çevrilib və ilin sonuna qədər ölkədə yeni infeksiyaların 90%-dən çoxunu təşkil edəcəyi gözlənilir. Xəbər verilir ki, bu barədə VTM telekanalı Leuven və Hasselt universitetlərinin virusoloqlarına istinadən məlumat yayıb. Onların sözlərinə görə, dekabrın 25-də payızda Belçikada üstünlük təşkil edən “delta” ştamı qədər “omicron”a da yeni yoluxmalar olub. Son iki həftə ərzində ölkədə


23.12.2021 - 10:23

ÜST həyəcan təbili çaldı: “Daha bir “qasırğa” yaxınlaşır”

Daha bir “qasırğa” yaxınlaşır. Bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Milad bayramları öncəsi epidemik vəziyyəti təsvir edərkən deyib. Onun sözlərinə görə, Danimarkada “Omikron” ştammı dominant olub, Fransada isə aşkar edilmiş koronavirus infeksiyalarının beşdə birini təşkil edir. “Gələcək həftələrdə “Omikron” Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək. Bu isə onsuz da


22.12.2021 - 10:01

Bill Qeyts pandemiyanın bitəcəyi zamanı açıqladı

““Omikron” ştamının yayılmasına baxmayaraq, koronavirus pandemiyası 2022-ci ildə başa çata bilər”.  Xəbər verilir ki, bunu “Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts deyib. Onun sözlərinə görə, tarixdə heç bir virus “omikron” variantı qədər sürətlə yayılmayıb. Qeyts güman edir ki, tezliklə “omikron” dünyanın bütün ölkələrində olacaq. İş adamı vurğulayıb ki, yeni ştam ciddi qəbul edilməlidir, çünki onun hansı simptomlara səbəb olduğu


21.12.2021 - 18:10

ÜST-dən açıqlama: "Omikron deltanı üstələdi"

COVID-19 virusunun omikron ştammı delta ştammı ilə müqayisədə daha sürətlə yayılır. Xəbər verilir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus deyib. O bildirib ki, yoluxma saylarında omikron ştammı deltanı üstələyib: “COVID-19-a qarşı peyvənd olunmuş və ya daha əvvəl COVID-19-a yoluxan şəxslərin omikron ştammına yoluxma ehtimalı yüksəkdir”.


21.12.2021 - 16:01

“Üçüncü dozadan sonra “Omicron”a qarşı qoruyuculuq 25 dəfə artır”

Yeni növ koronavirusun (COVID-19) “Omicron” ştamı hazırda 89 ölkədə aşkar edilib, Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantına bir neçə gün ərzində yoluxanların sayının iki dəfə artdığı barədə məlumat verib. İranın paytaxtı Tehranda “Omicron” ştamına ilk yoluxma qeydə alınması ölkəmiz üçün də real təhlükə yaradır. Xəbər verilir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun dediyinə görə, koronavirusun yeni dalğasını


21.12.2021 - 15:10

“Omikron” ştammının viral hissəciklərinin görüntüləri yayıldı - FOTO

Koronavirusun “Omikron” ştammının viral hissəciklərinin fotoları dərc olunub. Bununla bağlı görüntülər “Rospotrebnadzor”un nəzdində fəaliyyət göstərən “Vektor” Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzinin saytında yayımlanıb. Məlumata görə, hüceyrələr virusa yoluxduqdan sonra altıncı gündə yetişdirilən xüsusi flakonların səthindən götürülüb. Şəkillərdə hüceyrədaxili şəbəkənin genişlənmiş boruları


20.12.2021 - 21:00

ÜST: "Omikron"un "Delta"dan daha sürətli yayıldığına dair güclü sübutlar var"

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron ştammının digər variantlardan daha sürətlə yayıldığını təsdiq edir”. Xəbər verilir ki, bunu təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən bugünki brifinqdə deyib. “Artıq Omicronun Deltadan daha sürətli yayıldığına dair güclü sübutlar var və peyvənd edilmiş və ya xəstələnmiş insanların yenidən yoluxma ehtimalı daha yüksəkdir”, deyə ÜST rəhbəri bildirib.


20.12.2021 - 16:34

Kimlərdə koronavirusa qarşı “super immunitet” formalaşır?

ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin alimləri tam peyvənd olunmuş insanlar üzərində maraqlı araşdırma aparıblar. Xəbər verilir ki, sözügedən araşdırmaya görə, tam peyvənd olunmuş insanlar sonradan koronavirusa yoluxduqları zaman “super immunitet”ə sahib olurlar. Tam peyvənd olunmuş, lakin virusa yoluxmayanlarla tam peyvənd olunmuş və koronavirusa yoluxanlar müqayisə edilib və ikinci qrupun anticisim səviyyəsinin 2000 faiz yüksək olduğu müəyyən edilib.


20.12.2021 - 13:46

Omikron ştammının bu simptomu yalnız gecələr görünür – Həkimlər AÇIQLADI

Koronavirusun Omikron ştammında yalnız gecələr görünən qeyri-adi bir simptom var. Xəbər verilir ki, bu barədə “Daily Star” nəşri məlumat  yayıb. Yeni ştammının ilk aşkar edildiyi Cənubi Afrikadan olan həkimlər, Omikrona yoluxmuş xəstələrin gecə tərləmələrindən əziyyət çəkdiklərini bildiriblər. Əgər əvvəlcə davamlı öskürək, yüksək hərarət, qoxu və dadın itməsi koronavirus infeksiyasını


19.12.2021 - 09:39

“Omicron” Ukraynaya da çatdı

Ukraynada COVID-19-un “Omicron” ştamına ilk yoluxma qeydə alınıb. Xəbər verilir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko məlumat yayıb. Nazir bildirib ki, “Omicron” ştamına yoluxmuş şəxs Birləşmiş Ərəb Əmirliklərindən Ukraynaya qayıdıb. Qeyd edək ki, ölkədə son 24 saatda 7 min 503 nəfərə yoluxma faktı aşkar edilib, 288 nəfər virusa görə həyatını itirib.


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39