Çərşənbə axşamı, 14 May

Omikron ştammının bu simptomu yalnız gecələr görünür – Həkimlər AÇIQLADI

image

Koronavirusun Omikron ştammında yalnız gecələr görünən qeyri-adi bir simptom var.

Xəbər verilir ki, bu barədə “Daily Star” nəşri məlumat  yayıb.

Yeni ştammının ilk aşkar edildiyi Cənubi Afrikadan olan həkimlər, Omikrona yoluxmuş xəstələrin gecə tərləmələrindən əziyyət çəkdiklərini bildiriblər. Əgər əvvəlcə davamlı öskürək, yüksək hərarət, qoxu və dadın itməsi koronavirus infeksiyasının əlamətləri hesab olunurdusa, indi xəstələrdə burun axması, başağrısı, yorğunluq, bədəndə ağrılar, həmçinin gecə tərləmələri müşahidə edilməyə başlayıb.

Terapevt Əmir Xan deyib ki, Omikron infeksiyasını aşkar etməyi asanlaşdırmaq üçün simptomlar NHS-də qeyd edilməlidir. Mütəxəssisin sözlərinə görə, “qırmızı zona”da olan xəstələr həqiqətən də paltar dəyişərkən tərləmənin artmasından şikayətlənirlər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00