Cümə axşamı, 02 May

Axtarış

Messi” üzrə 109 nəticə tapıldı

29.10.2021 - 11:43

İlin ən yaxşı futbolçuları - Namizədlər

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb. Xəbər verilir ki, siyahıda 32 futbolçu yer alıb. Onların arasında Fransa PSJ-sində çıxış edən Lionel Messi, Neymar və Kilian Mbappe, İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştianu Ronaldu və Almaniya "Bavariya"sının bombardiri Robert Levandovskinin də adları var. İlin ən yaxşısı adına namizədlər aşağıdakılardır: Canluici Donnarumma,


20.10.2021 - 11:38

ÇL: “Beşiktaş” darmadağın oldu, PSJ-dən çətin, “Real” və “Ayaks”dan asan qələbə

Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 matçı baş tutub. A qrupunda PSJ öz meydanında “Leyptsiq” üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə Paris təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində qollardan birini Mbappe, ikisini isə Lionel Messi vurub. Oyun gününün ən maraqlı qarşılaşmalarından biri B qrupunda keçirilib. “Liverpul” İspaniyada “Atletiko”ya qalib gəlib – 3:2. Qrupun digər oyununda “Milan” səfərdə “Portu”ya


20.10.2021 - 10:21

Kassano: “Ronaldu heç dünyanın ən yaxşı beş futbolçusu sırasına da daxil deyil”

İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano dünya tarixinin ən yaxşıları hesab etdiyi beş futbolçunun adını açıqlayıb. “Kriştianu Ronaldu – tarixin ən yaxşı futbolçusudur? O, heç ən yaxşı beşliyə də daxil deyil. Mənim üçün ən yaxşı futbolçular Messi, Pele, Maradona, Kroyf və Ronaldodur (braziliyalı). Bunlar başqa səviyyədə fenomenlərdir. Əgər siyahıda kimisə dəyişməli olsam, Marko van Basteni əlavə edərdim”, - deyə A.Kassano bildirib.


02.10.2021 - 09:17

Maskalı şəxslər Messinin ailəsi qaldığı məşhur hotelə basqın etdi

Naməlum şəxslər PSJ-nin argentinalı futbolçusu Lionel Messinin yaşadığı “La Royal Monceau” hotelini qarət ediblər. Xəbər verilir ki, cinayətkarlar binanın damından enərək Lionel Messinin mənzilindən bir mərtəbə yuxarıdakı dəhlizə daxil olublar. Maskalı şəxslər dörd otaqdan pul və qiymətli əşyalar oğurlayıblar. Ailəsi ilə birlikdə hoteldə yaşayan L. Messinin isə artıq fərdi ev aldığı və yaxın günlərdə oraya köçəcəyi bildirilir.


22.09.2021 - 14:35

Ronaldo hamını qabaqlayır

"Forbes" 2021/22 mövsümündə ən çox qazancı olan futbolçuların siyahısını açıqlayıb. Xəbər verilir ki, sıralamaya "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo rəhbərlik edir. 36 yaşlı hücumçu vergilər çıxılmadan 125 milyon dollar qazanacaq. 2-ci yerdə PSJ-nin oyunçusu Lionel Messidir - 110 milyon dollar. Onun komanda yoldaşlarından Neymar 4-cü, (95 milyon dollar) Kilian Mbappe isə (43 milyon dollar) 5-ci pillədə qərarlaşıb. Qeyd edək ki, Ronaldo avqustun 31-i "Mançester Yunayted"


21.09.2021 - 18:39

Messi zədələndi

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messinin son durumu açıqlanıb. Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verilir ki, Liqa-1-in VI turunda "Lion"a 2:1 hesabı ilə qalib gəldikləri oyunda zədələnən 34 yaşlı hücumçu tibbi müayinədən keçib. Klub argentinalı oyunçunun sol dizindən xəsarət aldığını təsdiqləyib. O, 48 saatdan sonra yenidən tibbi müayinədən keçəcək. Qeyd edək


11.09.2021 - 12:16

İbrahimoviç: Messi və Ronaldo məndən yaxşı deyil

“Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç özünü dünyanın ən yaxşı futbolçusu adlandırıb. Xəbər verilir ki, bunu İbrahimoviç jurnalistlərə açıqlamasında deyib. “Əgər şəxsi keyfiyyətlər haqqında danışsaq, Messi və Ronaldo məndən heç nə ilə yaxşı deyil. Əgər kuboklar haqqında danışsaq, bəli, mən Çempionlar Liqasında qalib gəlməmişəm. Futbolçular komanda oyunundan asılıdırlar. Tək oyunçu uğur qazana bilməz.


10.09.2021 - 10:53

Messi het-trik etdi - Argentina qələbə qazandı

Futbol üzrə Argentina yığması 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Boliviya yığmasına 3:0 hesabı ilə qalib gəlib. Xəbər verilir ki, matç Argentinada keçirilib. Argentina yığmasının kapitanı Lionel Messi oyunda het-trik (14, 65, 89-cu dəqiqələr) edib. Bununla da hücumçunun milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Pelenin (77 qol) nəticəsini üstələyib və Cənubi Amerikanın yığ


12.08.2021 - 20:03

“Barselona”nın Messiyə 40 milyondan çox borcu qalıb

“Barselona”nın sabiq kapitanı Lionel Messi ilə arasındakı münasibətlər hələ bitməyib. Məlumata görə, Kataloniya klubunun PSJ-yə keçən ulduz futbolçuya borcu qalıb. La Liqa təmsilçisi 34 yaşlı superulduza 40 milyon avrodan çox ödəniş etməlidir. Bu, 2020-ci ilin fevralında komandada qalacağı təqdirdə, Leoya ödənilməli olan sadiqlik puludur. Lakin tərəflər arasında razılıq əldə olunmuşdu ki, həmin borc müvəqqəti dondurulsun və koronavirus pandemiyasından


11.08.2021 - 13:38

Messi PSJ-yə keçidindən danışdı

PSJ-nin yeni transferi Lionel Messi Paris təmsiliçisinə keçidi haqda danışıb. Xəbər verilir ki, argentinalı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında PSJ-dəki ilk oyununu böyük həvəslə gözlədiyini deyib: "PSJ-də karyeramda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Klub və onun futbola baxışı mənim ambisiyalarımla tam uyğundur. PSJ-nin nə qədər istedadlı oyunçulardan təşkil olunduğunu bilirəm. Onlarla birlikdə klub və azarkeş


10.08.2021 - 11:18

“Barselona” Messiyə görə 137 milyon dollar itirəcək

34 yaşlı argentinalı hücumçu Lionel Messi “Barselona” futbol klubunu tərk etdiyinə görə, komanda 137 milyon dollar itirəcək. Xəbər verilir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb. Hesablamalara görə, Kataloniya klubu yaxın bir neçə ildə Messinin köynəklərinin və digər marketinq məhsullarının satışından bu qədər gəlir əldə edə bilərdi. Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyulun 1 -də başa çatıb.


09.08.2021 - 09:55

PSJ Messiyə görə Eyfeli icarəyə GÖTÜRDÜ

Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubu avqustun 10-da Argentina yığmasının hücumçusu, İspaniyanın “Barselona” komandasından ayrılan Lionel Messinin təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb. Xəbər verilir ki, bu barədə “Football Transfers” məlumat yayıb. Qeyd edilir ki, Parisin əsas görməli yeri artıq 2017-ci ildə Neymarın “Barselona”dan Fransa klubuna keçidi zamanı təqdimatı üçün istifadə olunub. Məlumata görə, avqustun 10-da PSJ Eyfel


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15