Cümə axşamı, 02 May

Axtarış

Messi” üzrə 109 nəticə tapıldı

24.07.2023 - 14:33

Messinin ABŞ-də debüt oyunu rekord sayda izləndi

Lionel Messinin “İnter Mayami”dəki debüt matçı ABŞ televiziyasında rekorda imza atıb. Meksika “Krus Asul”u ilə oyuna 12,5 milyona yaxın tamaşaçı baxıb. Bu, tarixin ən yaxşı göstəricisidir. Xatırladaq ki, argentinalı hücumçu sözügedən matçın 90+4-cü dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasına 2:1 hesablı qələbə qazandırıb.


15.07.2023 - 18:00

Messi az qala qəzaya düşəcəkdi

Dünya çempionu, Argentina yığmasının 36 yaşlı hücumçusu Lionel Messi Mayamidə işıqforun qırmızı işığına keçib və az qala qəzaya düşüb. Xəbər verilir ki, "İnter Mayami"nin yeni oyunçusu bu həftə Floridaya köçüb. “Qızıl top”un 7 qat qalibinin Amerika klubunda təqdimat mərasimi iyulun 16-da, debütü isə iyulun 21-də Meksikanın “Kruz Azul” klubu ilə qarşılaşmada baş tutacaq.


14.07.2023 - 16:50

Messi Mayamidə supermarketdə görüntüləndi

Argentinalı ulduz futbolçu Lionel Messi Mayamidəki supermarketdə görüntülənib. Xəbər verilir ki, forvardın fotoları sosial şəbəkədə paylaşılıb. Leo azarkeşlərin foto çəkdirmək istəyini də geri çevirməyib. Qeyd edək ki, Messi iyunun 7-də ABŞ-nin PSJ-dən "İnter Mayami"yə keçib. 2022/23 mövsümündə Messi PSJ-nin heyətində 41 oyun keçirib. O, 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.


27.06.2023 - 10:53

Messi Fransada ən yaxşı seçildi

Fransa Liqa 1 - də 2022/2023 mövsümünün ən yaxşı əcnəbi futbolçusu məlum olub. Turnirin saytının yaydığı məlumata görə, bu ada PSJ-də çıxış etmiş Lionel Messi layiq görülüb. Argentinalı oyunçu ötən mövsüm 32 oyunda 16 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Messi bir müddət öncə Paris klubundan ayrılıb və ABŞ təmsilçisi “İnter Mayami”yə keçib.


19.06.2023 - 19:18

Messi Səudiyyədə tətil üçün 2 milyon dollar alacaq

Səudiyyə Ərəbistanı rəsmiləri argentinalı hücumçu Lionel Messinin ölkədə istirahət xərclərini ödəyəcək. Xəbər verilir ki, bu barədə "The New York Times" yazıb.  Məlumata görə, Turizm Nazirliyi futbolçu ilə ölkənin dünyada imicinin yaxşılaşmasına kömək edəcək müqavilə bağlayıb. Sənədə görə, Messi ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına gəlməli və yerli hakimiyyət orqanları


15.06.2023 - 21:02

Lionel Messi karyerasının ən erkən qolunu vurub

Argentina millisinin futbolçusu Lionel Messi karyerasının ən erkən qoluna imza atıb. Məlumata görə, 35 yaşlı hücumçu Avstraliyaya qarşı keçirilən yoldaşlıq matçında fərqlənib. Təcrübəli forvard 80-ci saniyədə hesabı açıb. Bu, Messinin yığmada 103-cü qolu olub. Qeyd edək ki, görüşdə ilk hissə başa çatıb və Cənubi Amerka təmsilçisi 1:0 hesabı ilə öndədir. Hücumçu hazırda ABŞ-nin “İnter Mayami” klubunda çı


10.06.2023 - 12:17

Messiyə görə bütün biletlər satıldı

"İnter Mayami"nin MLS-də keçirdiyi son 12 müntəzəm mövsüm matçı üçün bütün biletlər satılıb. Xəbər verilir ki, bu barədə AS məlmat yayıb. Biletlərin belə sürətlə satılması klubun Lionel Messi ilə anlaşmasından təxminən 24 saat sonra baş verib. Argentinalının yaxın dostlarından biri, keçmiş futbolçu Serxio Aquero satılmayan bilet tapa bilmədiyi üçün hətta Messiyə müraciət etməli olduğunu


01.06.2023 - 13:23

Messi PSJ-dən ayrıldı

Fransanın PSJ klubu ulduz futbolçu Lionel Messi ilə yollarını ayırıb. Xəbər verilir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye məlumat verib.


30.05.2023 - 16:40

Messi İngiltərə Premyer Liqasında oynaya bilər

PSJ-nin hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Məlumata görə, argentinalının bir neçə təklifi var. Növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Dumanlı Albion” təmsilçilərindən biri də onunla müqavilə imzalamaq istəyir. Həmin komandanın adı açıqlanmayıb. Messiyə Səudiyyə Ərəbistanının “Əl-Hilal” və ABŞ-nin “İnter Mayami” klublarından yüksəködənişli təkliflər var. Eyni zamanda,


27.05.2023 - 16:35

Messi vida oyununa dəvət olunub

“Barselona” klubunun sabiq futbolçusu Xuan Rikelme vida oyunu keçirəcək. Xəbər verilir ki, iyunun 25-də oynanılacaq matçın ertəsi günü Rikelmenin 45 yaşı tamam olacaq. Komandalardan birinə məşqçi Karlos Byanki rəhbərlik edəcək. Oyunda PSJ-nin hücumçusu Lionel Messi, “Yuventus”un oyunçuları Anxel Di Mariya və Leandro Paredes də iştirak edəcəklər. Matça, həmçinin Rikelmenin sabiq komanda yoldaşları da qatılacaqlar.


18.05.2023 - 14:11

Messi Türkiyəyə gedir

Türkiyə və Argentina millilərinin zəlzələdən zərərçəkənlər üçün xeyriyyə kampaniyası çərçivəsində Qaziantep şəhərində yoldaşlıq oyunu keçirməsi gündəmə gəlib.  Xəbər verilir ki, ilk danışıqlar müsbət nəticə verib və Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin müsabiqəyə icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir. Türkiyə Böyük Millət Məclisinin


08.05.2023 - 16:27

Üzr istəyən Messi məşqlərə qayıtdı

Paris Saint-Germain (PSJ) klubunun hücumçusu Lionel Messi cəzalandırıldıqdan sonra ilk dəfə məşqlərə qayıdıb. Xəbər verilir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı argentinalı Fransa çempionatının 33-cü turu çərçivəsində səfərdə "Loryen"ə uduzduqdan (1:3) sonra Səudiyyə Ərəbistanına yollanıb. Onun gedişinə parislilərin rəhbərliyi icazə verməyib, beləliklə o, məşqi buraxmalı oldu.  Daha sonra hücumçu iki


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15