Cümə, 17 May

Messi PSJ-yə keçidindən danışdı

image

PSJ-nin yeni transferi Lionel Messi Paris təmsiliçisinə keçidi haqda danışıb.

Xəbər verilir ki, argentinalı hücumçu klubun mətbuat xidmətinə açıqlamasında PSJ-dəki ilk oyununu böyük həvəslə gözlədiyini deyib:

"PSJ-də karyeramda yeni bir səhifə açmağı səbirsizliklə gözləyirəm. Klub və onun futbola baxışı mənim ambisiyalarımla tam uyğundur. PSJ-nin nə qədər istedadlı oyunçulardan təşkil olunduğunu bilirəm. Onlarla birlikdə klub və azarkeşlər üçün gözəl bir iş görməyə qərarlıyam. "Park De Prens" stadionunda meydana çıxacağım anı gözləməyə səbrim çatmır".

Qeyd edək ki, PSJ ilə iki illik müqavilə imzalayan Messi bu gün "Park De Prens" stadionunda mətbuat konfransı keçirəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41