Cümə, 17 May

“Barselona” Messiyə görə 137 milyon dollar itirəcək

image

34 yaşlı argentinalı hücumçu Lionel Messi “Barselona” futbol klubunu tərk etdiyinə görə, komanda 137 milyon dollar itirəcək.

Xəbər verilir ki, bu barədə “Brand Finance” konsaltinq şirkəti məlumat yayıb.

Hesablamalara görə, Kataloniya klubu yaxın bir neçə ildə Messinin köynəklərinin və digər marketinq məhsullarının satışından bu qədər gəlir əldə edə bilərdi.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi iyulun 1 -də başa çatıb. Onun iki illik müqavilə imzalayaraq karyerasını Fransanın PSJ klubunda davam etdirəcəyi gözlənilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58