Bazar ertəsi, 29 Aprel

Axtarış

EminƏmrullayev” üzrə 14 nəticə tapıldı

18.09.2022 - 20:08

Müəllimlərə “şaftalı”ya görə irad tutan nazir özü də səhv etdi - FOTO

Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayevin "bəzi müəllimlər "şaftalı" sözünü düz yaza bilmir" etirafı ciddi müzakirələrə səbəb olmuşdu.  Xəbər verilir ki, bu dəfə nazirin "Facebook"dakı paylaşımında qrammatik səhv tapılıb.  Belə ki, Emin Əmrullayevin paylaşımında "səbir" sözünü "səbr" kimi yazması sosial şəbəkə istifadəçilərinin nəzərindən yayınmayıb. Müəllimlərə irad tutan 


07.09.2022 - 12:23

Təhsil naziri: "Hələ də bəzi müəllimlər anbar sözünü "ambar" kimi yazır"

"Hələ də bəzi müəllimlər anbar sözünü "ambar" kimi yazır". Xəbər verilir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təhsilverənlərin sertifikasiya imtahanlarında müəllimlər daha çox sözlərdə hərflərin ardıcıllığı ilə bağlı suallara səhv cavab verib. Bu göstərici 18 faiz təşkil edir.


30.07.2022 - 17:16

“Emin Əmrullayevin yerinə yeni təyinatdan söhbət getmir” - Nazirlik 

"Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan  söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir".  Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.  "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla


28.07.2022 - 16:12

Nazir növbəti dərs ilinə dair əmr imzaladı

Növbəti tədris ilinin başlama və bitmə tarixləri açıqlanıb.   Bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, növbəti tədris ili sentyabrın 15-i başlayıb, iyunun 14-də başa çatacaq.   Eyni zamanda, dərs ili ərzində aşağıdakı tətillər də müəyyən edilib. 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5


14.06.2022 - 12:06

Bütün məktəblər 6 günlük olacaq? - Nazir AÇIQLADI

Təhsil naziri Emin Əmrullayev gələn tədris ilindən bütün məktəblərin 6 günlük tədris sisteminə keçməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. Xəbər verilir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, yayılan bu məlumat şayiədir və belə məlumatlara inanmaq lazım deyil.


31.05.2022 - 13:18

"Formula 1"-ə görə məktəblər bağlanacaq?

"Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Yarış ərəfəsində həmin məktəblərin tədris prosesi adətən məktəb və valideynlərlə müzakirə olunur". Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir xatırladıb ki, yarış adətən həftəsonu keçirilir: "Tədris prosesi ilə bağ


28.04.2022 - 17:24

İnformatika fənni buraxılış imtahanlarına salınacaq

“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”. Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq: “İnformatika fənninin buraxılış imtahanlarında istifadəsi bizim üçün gərəklidir. Bununla bağlı narazılıqlar ola bilər. Amma


26.04.2022 - 20:28

Məktəblərdə pul yığımına icazə veriləcək? - AÇIQLAMA

“Valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub”. Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib. Onun sözlərinə görə, yeni tədris ilindən pilot şəkildə tətbiqi planlaşdırılır: “Məktəblər bu işə könüllü qoşula bilər. İnsanlar bunu faydasız hesab etsə, təbii ki, olmayacaq. Dünyanın hər yerində bu tipli assosiasiyalar


13.04.2022 - 14:02

Nazir uşaq bağçaları ilə bağlı görülən işləri açıqladı

"Təhsil Nazirliyi artıq aprel ayının 1-dən uşaq bağçalarının təchizatı və təminatı məsələləri ilə məşğul olmağa başlayıb". Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, uşaq bağçaları ilə bağlı proses daha çox diaqnostik mərhələdədir: "İlkin məqsədimiz həmin bağçaların fəaliyyətinin öyrənilməsi, orada


01.03.2022 - 17:36

“Xaricə göndəriləcək tələbələrin bütün xərcləri ödəniləcək” - Nazir

"Bu ildən başlayaraq 5 il müddətində hər il 400 nəfərdən artıq olmamaqla gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil xərclərinin dövlət tərəfindən maliyyələşdirilməsini həyata keçiriləcək". Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqində deyib. “"Təhsil xərcləri" dedikdə, sadəcə universitetlərin təhsil haqqı deyil, eyni zamanda, tələbələrin yaşayış,


21.12.2021 - 14:08

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırılıb

Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Xəbər verilir ki, nazir bu gün keçirdiyi brifinqdə bu barədə məlumatlı olduğunu, məsələnin araşdırıldığını bildirib: “Məktəbdə mövzulardan asılı olmayaraq klip çəkilişi üçün yer olmamalıdır. Kimsə məktəbdə maarifləndirmə ilə bağlı serial çəkirsə belə, nazirlikdən icazə alınmalıdır. Biz araş


02.12.2021 - 17:53

Azərbaycanda yaxın həftələrdə distant təhsilə keçiləcək? - AÇIQLAMA

"Ən son məlumata görə, tədris ili başlayandan indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb". Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, əgər həmin göstərici bu cür davam etsə, növbəti həftələrdə tədrisin distant formaya keç


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55