Çərşənbə, 15 May

İnformatika fənni buraxılış imtahanlarına salınacaq

image

“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”.

Xəbər verilir ki, bunu təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtidadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu, ilk növbədə informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq: “İnformatika fənninin buraxılış imtahanlarında istifadəsi bizim üçün gərəklidir. Bununla bağlı narazılıqlar ola bilər. Amma gəlin bu narazılıqlara qarşı çıxaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00