Çərşənbə axşamı, 30 Aprel

Axtarış

Azərbaycan” üzrə 8686 nəticə tapıldı

20.03.2021 - 13:19

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yeri məlum olub. Aftafa.tv xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib. “Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz


20.03.2021 - 11:30

Prezident İlham Əliyev: “Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik”

Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edə


20.03.2021 - 11:00

Prezident Cıdır düzündə Novruz tonqalı yandırdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırıblar. Aftafa.tv xəbər verir ki, bununla bağlı görüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində paylaşıb. Həmin görüntüləri təqdim edirik:


19.03.2021 - 17:41

Röyanın ilk sevgilisi kim olub? - Özü açıqladı

"Bir mahnı oxyanda elə bilirlər ki, sevgiliyə həsr edirsən, ya da öz həyatını göstərirsən”. Aftafa.tv xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan MTV Azərbaycana danışarkən deyib. İlk sevgisindən danışan Röya keçmiş həyat yoldaşını sevdiyini bildirib: 17 yaşımda "Səninəm" oxuyurdum, onda sevgi anlayırdım? Mənim ilk sevgim oğlumun atası olub. Bir qadın o qədər sevməlidir ki, bir


19.03.2021 - 17:14

Zərifi Ankaraya aparan 5 səbəb: Qarabağ da var...

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Türkiyəyə səfəri gözlənilən idi. İki ölkə arasında son zamanlar yaşanan soyuqluq, eyni zamanda dəyişən siyasi şərtlər rəsmi Tehranı Ankara ilə dialoqa girməyə sövq etdi. Aftafa.tv xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov İranın xarici işlər naziri Məhəmməd Cavad Zə


19.03.2021 - 16:09

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı – SON DƏQİQƏ

Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib. Aftafa.tv xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərarı imzalanıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması mə


19.03.2021 - 13:45

Britaniya ştammı Azərbaycanda çoxdan yayılıb: “Mart-aprel aylarında yoluxma kəskin artacaq” 

Azərbaycanda koronavirusun Britaniya ştammına 3 nəfərin yoluxması haqda məlumat yayıldı. Ştammın ökəyə necə gəldiyi açıqlanmasa da, mütəxəssislər həyəcan təbili çalırlar. Həkim Rauf Qasımov açıqlamasında bildirib ki, Britaniya ştammı Azərbaycana çoxdan gəlib çatıb: “Bilirsiniz ki, virus dəfələrlə mutasiyaya uğrayıb. Mutasiyalardan biri də Britaniya ştammının əmələ gəlməsidir. Fərqi ondan ibarətdir ki, keçən ilin aprel ayı


19.03.2021 - 13:20

Sarkisyan Paşinyanın yolu ilə gedir: “Qarabağ heç vaxt Azərbaycanın olmayacaq”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bəyan edib ki, o heç vaxt “siyasət səngərini” tərk etməyəcək. O bəyan edib ki, “təslimçilər çıxıb getməlidirlər və xalq dövlətyönlü hökumət seçməlidir”. Aftafa.tv bildirir ki, Sarkisyan bu bəyanatı martın 18-də Yerevanda onun barəsində açılmış cinayət işinə baxan dinləmədən sonra məhkəmə binasının qarşısına toplaşmış


19.03.2021 - 11:12

Diaspora Komitəsində Nura Suri qalmaqalı – Nazim İbrahimovun şəxsi...

Son günlərdə Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun adı qalmaqallı hadisədə hallanır. Belə ki, keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət əməlinə görə həbs olunması işində Nazim İbrahimovun da adı çəkilir. Nazim İbrahimov cinayətin baş verdiyi 2001-ci ildə Azərbaycanın Ukraynadakı əlaqələrindən istifadə edərək Rövşən Əkbərovun törətdiyi cinayət əməlinin ö


19.03.2021 - 10:36

Operativ Qərargah hansı qərarı verəcək? - Sabahdan başlayaraq 9 gün...

Bayram günləri Bakıda ictimai nəqliyyat işləməyəcək. Aftafa.tv mötəbər mənbəyə istinadla xəbər verir ki, Novruz tətili günlərdində karantin rejimi sərtləşdirilməsə də paytaxt Bakıda ictimai nəqliyyat işləməyəcək. Bu barədə qərarın Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün saat 16:00-da keçirəcəyi brifinqdə elan edəcəyi gözlənilir.  Xatırladaq ki,


19.03.2021 - 09:21

Cavid Qurbanovla ABŞ şirkəti arasında qalmaqal - Başıbəlalı keçid söküləcək?

"Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Bakıxanov qəsəbəsində inşa edilən yerüstü piyada keçidi qurumun sədri Cavid Qurbanov üçün başağrısına çevrilib. Aftafa.tv xəbər verir ki, keçidin tikilməsi nəticəsində Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 4 ünvanda yerləşən “Azer Mega Response Pazarlama Ltd” emal zavoduna giriş bağlanıb. Fəaliyyətini dayandırmağa məcbur olan müəssisə məhkəməyə


18.03.2021 - 18:45

Ramiz Mehdiyevin adamı ilə bağlı daha bir CİNAYƏT İŞİ - TƏFƏRRÜATLAR

Ötən gün Baş Prokurorluğun Mətbuat xidməti bir məlumat yaydı. Məlumatda deyilirdi ki, “Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilən torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42