Bazar ertəsi, 25 Oktyabr

Britaniya ştammı Azərbaycanda çoxdan yayılıb: “Mart-aprel aylarında yoluxma kəskin artacaq” 

image

Azərbaycanda koronavirusun Britaniya ştammına 3 nəfərin yoluxması haqda məlumat yayıldı. Ştammın ökəyə necə gəldiyi açıqlanmasa da, mütəxəssislər həyəcan təbili çalırlar.

Həkim Rauf Qasımov açıqlamasında bildirib ki, Britaniya ştammı Azərbaycana çoxdan gəlib çatıb: “Bilirsiniz ki, virus dəfələrlə mutasiyaya uğrayıb. Mutasiyalardan biri də Britaniya ştammının əmələ gəlməsidir. Fərqi ondan ibarətdir ki, keçən ilin aprel ayında yoluxan xəstələrlə indikilər eyni deyil. Bu da onu göstərir ki, virus dəfələrlə mutasiyaya uğrayıb.

İlk növbədə xəstəliyin müddəti uzanıb. Əvvəllər xəstəlik bir həftə davam edirdisə, hazırda bəzi xəstələrdə 3 həftədən, 1 aya qədər davam edir. Bəziləri bu xəstəliyi yüngül keçirirlər. Bütün həkimlər bilir ki, infeksion və mövsümi xəstəliklər mart-aprel və sentyabr aylarında çoxalırlar. Həmçinin koronavirus da qrip və digər xəstəliklər kimi iqlimin, eləcə də orqanizmdə gedən proseslərin dəyişməsindən, immun sistemində zəifləmələrdən çoxala bilir. Ona görə də hesab edirəm ki, koronavirusda mart-aprel aylarında çoxalmalar olacaq və göründüyü kimi də bu baş verir”.

Həkimin sözlərinə görə, bu aylarda daha da diqqətli olmaq lazımdır: “İnsanlar ehtiyyatlı olmalıdırlar ki, bu xəstəlik artmasın. Peyvəndləmə sürətlə aparılsa, o zaman xəstəliyin yayılma sürəti aşağı düşər və virusu ağır keçirənlərin sayı azalar. Sadəcə olaraq insanlarda bir az xof var və vaksinasiyaya getmək istəmirlər, bəziləri isə xəstəliyi boş hesab edirlər və qaydaları saymırlar. Belə olan halda isə hər iki qrup insanlar xəstəliyin artmasına səbəb olurlar və virusa gündəlik yoluxma sayı kəskin yüksəlir”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda fabrikdə yanğın olub

  • 24.10.2021 - 16:17
image

Dünya beşdən böyükdür...

  • 24.10.2021 - 11:45
image

Bakıda parkda meyit tapıldı

  • 23.10.2021 - 10:33