Şənbə, 04 May

Axtarış

Azərbaycan” üzrə 8708 nəticə tapıldı

14.03.2021 - 11:21

“Əli Həsənov Ramiz Mehdiyevin “zibilinə” düşdü” - İLGİNC FAKTLAR

“Əli Həsənov da, Vüqar Səfərli də bədbaxt oldu. Jurnalistlərə ayrılan mənzilləri Ramiz Mehdiyevin tapşırığı ilə satdılar. Tabeçilik var idi”. Aftafa.tv-nin xəbərinə görə, bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. Partiya sədri bu insanları xəyanətkar adlandırıb: “Bunların azadlıqda olmasının özü Azərbaycan dövlətçiliyinə bir xəyanətdir. Ramiz Mehdiyev və onun ə


13.03.2021 - 21:19

Məmmədyarov Aronyana qalib gəldi, Rəcəbov heç-heçə ilə başladı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk görüşlərini keçirib. Aftafa.tv-nin məlumatına görə, Məmmədyarov "Magnus Carlsen Invitational" adlanan yarışın I turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan 36 yaşlı qrossmeyster rəqibini məğlub edib. Rəcəbov isə turnirə heç-heçə ilə başlayıb. O, ilk turda Niderland şahmatçı


13.03.2021 - 20:14

Maliyyə Palatası “Optimal Elektronika”nı niyə cəzalandırdı... - İDDİA

Dünya bazar iqtisadiyyatında özəl sektorun, özəl şirkətlərin xüsusi yeri var. Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər həm xeyli iş yeri, həm də böyük vergi ödəyicisi deməkdir. Təəssüf ki, milli şirkətlərimizin bəziləri, əksinə başqa yola əl atırlar. Əlbəttə, bizim hansısa şirkətin işgüzar nüfuzuna kölgə salmaq fikrimiz yoxdur. Ancaq ortada müəyyən faktlar da


13.03.2021 - 19:15

Brilliant küsülü olduğu həmkarı haqda: "O, anadangəlmə..."

Xalq artisti Brilliant Dadaşova bir müddət küsülü olduğu müğənni Ramal İsrafilov haqqında xoş sözlər səsləndirib. Aftafa.tv xəbər verir ki, Ramal İsrafilov Azad Azərbaycan televiziyasında qonaq olarkən Xalq artisti canlı efirə zəng edib: "O, anadangəlmə professordur. Ramal tamamilə başqa mahnılar oxumalıdır. Ramalın daxilində böyük dünya var". Brilliant Dadaşova kanalların müğənnini tanıtmasına da münasibət bildirib: "Bəzə


13.03.2021 - 16:31

Azərbaycanda koronavirusa yoluxma sayında kəskin atrım, 8 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 239 692 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv


13.03.2021 - 16:20

Ata müəmması: Onun himayəçisi kimdir?

Özünü bloger, jurnalist, ictimai nəzarətçi, nə bilim, daha hansısa adlarla cəmiyyətə sırıyan və bunu çox yaxşı da bacaran Ata Abdullayevin ötən gündən saxlanılması xəbəri yayılıb. Sosial şəbəkələrdə də, mediada da onun həbsi ilə bağlı müzakirələr gedir və demək olar ki, hamı bu “naməlum həbsdən” razılıq edir. Narazılıq edənlər də var - Ata Abdullayev kimi şəxsin


13.03.2021 - 15:00

Əhməd İsmayılovdan innovasiya - Kağız qəzetlərə vəsait ayrıldı! 

13 mart tarixində Medianın İnkişafı Agentliyi tərəfindən 19 qəzetin hesabına bu ilin yanvar-fevral ayı üçün nəzərdə tutulan vəsait köçürülüb. İnternet qəzetlərinin geniş yayıldığı və demək olar ki, hər kəsin onlayn sferaya daxil olduğu bir dövrdə kağız qəzetlərə maliyyənin ayrılması isə bir sıra suallar doğurur. Xatırladaq ki, Azərbaycanda əhalinin böyük əksəriyyətini gənclər təşkil edir. Gənclə


13.03.2021 - 14:42

Putinin telefon zəngi: Bakı nəyə hazırlaşır?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun müsahibəsi: - Ötən gün Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon söhbəti oldu. Sizcə, Kreml rəhbərinin iki ölkə başçısı ilə telefon danışığını zəruri edən səbəb nədir? - Məsələ ondadır ki, Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasına əngəl yaratdığını bildirir, İrəvan isə ə


13.03.2021 - 13:09

Bakı metrosu həftəsonu işləyəcək - Amma...

Mart ayının 13-14-də koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə sərnişindaşımada yaranmış fasilə müddətində "Bakı Metropoliteni" QSC-nin bütün infrastrukturu növbəti dəfə normal iş rejimi şəraitində yoxlanılacaq. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. "Məlumdur ki, infeksiyanın ölkə ərazisində yayılmasının və törədə biləcəyi


12.03.2021 - 18:25

İrəvan Azərbaycana hərbçi göndərməyə cəhd göstərib - XİN

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub. Bu barədə Aftafa.tv-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlə


12.03.2021 - 15:12

Medianın İnkişafı Agentliyi 19 qəzetə pul vəsaiti köçürüb - SİYAHI

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən layihəsi maliyyələşən qəzetlərin hesabına bu ilin yanvar-fevral ayı üçün nəzərdə tutulan vəsait köçürülüb. Bu barədə Aftafa.tv-yə qurumdan məlumat verilib. Bildirilib ki, vəsait 19 qəzetin hesabına köçürülüb. Həmin qəzetlər bunlardır: “Səs” qəzeti, “Şərq” qəzeti, “525-ci qəzet”, “Yeni Müsavat” qəzeti, “Bakı-Xəbər” qəzeti, “Yeni Azərbaycan” qəzeti, “


12.03.2021 - 12:13

Maral Nacaryan necə əsir düşdüyündən danışdı: "Ərimin telefonuna baxıb gördülər ki..."

Martın 10-da sərbəst buraxılan erməni əsilli Livan vətəndaşı Maral Najaryan müsahibə verib. Aftafa.tv xəbər verir ki, “Şant” televiziyasına müsahibə verən Maral Nacaryan əri ilə birlikdə necə əsir düşdükləri barədə danışıb. O bildirib ki, noyabrın 10-da Azərbaycan hərbçiləri tərəfindən Şuşada girov götürülüblər: “2020-ci ilin avqust ayında Beyrut limanında baş verən partlayışdan sonra qohumlarımı


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15