“Azərbaycan” üzrə 8735 nəticə tapıldı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 22
“Hazırda Ermənistan cəmiyyətində ailə qurmaq, hətta dünyaya uşaq gətirmək istəyən gənclər yoxdur”. Xəbər verilir ki, bunu erməni politoloq Tevos Arşakyan deyib. Onun sözlərinə görə, erməni xalqına artıq heç nə kömək edə bilməyəcək: “Bizim hakimiyyət 3 uşağa görə 100 dollar söz verir. Bu, gülməlidir. Ümumiyyətlə, indi bizim gəncləri nə nikah, nə ailə, nə də uş
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 110, tank əleyhinə 2 mina və 54 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 147 hektar ərazi
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Əfqanıstandan Azərbaycana gələn miqrantların Bakıda aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı açıqlama verib. Xəbər verilir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib. “Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nü
Xəstəlik keçirmək və peyvənd olunmaq – hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir. Xəbər verilir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) professoru Sədrəddin Atakişizadə deyib. Onun sözlərinə görə, buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar: “Belə ki, qızılcanı keçirən və ya
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək. Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahhiyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub. "Xəstəxana zəruri dərman vasitələri ilə tə
Ermənilər Qarabağda hücum cəbhəsini genişləndirir: Şuşadan sonra Ağdam, Xocalı və Xocavənd istiqamətində təxribatlar törədilib. Təxribat cəbhəsinin genişlənməsinin zamanı diqqət çəkir. Makron Putinlə telefon söhbətində Qarabağı müzakirə etdi. Kremlin rəsmi məlumatında qeyd olunurdu ki, “Putin Makronun xahişi ilə üçtərəfli razılaşmaların icrası haqqında məlumat verib”. O cümlədən, “Dağlıq Qarabağ münaqişə
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 191 doza vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542 nəfərdir. Qeyd edək ki, ölkədə vurulan vaksinlərin dozasının ümumi sayı 6 170 376, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 233 təşkil edir.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəf cavab atəşilə susdurulub.
Türkiyənin “Anadolu” agentliyi Əfqanıstanın paytaxtı Kabildə xidmət edən azərbaycanlı sülhməramlıların yeni görüntülərini yayıb. Xəbər verilir ki, görüntülərdə paytaxtda yerləşən Həmid Qərzai Beynəlxalq Hava Limanı və ətrafında Azərbaycanla Türkiyə hərbçilərinin çiyin-çiyinə xidmət göstərdikləri əks olunub. Azərbaycanlı hərbçi Anar Babayev Əfqanıstanda vəzifələrinin başında olduqlarını söylə
Son günlər COVID-19-a yoluxanların sayının artması ilə əlaqədar həkimlər həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, virusa yoluxanların əksəriyyəti peyvənd olunmayanlardır. Xəbər verilir ki, ilk dozalardan əldə olunan immunitetin daha uzun müddətli olması məqsədi ilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanılıb. Azərbaycanda avqustun əvvəli xəstəxanalarda 808 COVID-19 xəstə
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi xəbər verir.