Cümə, 29 Mart

Azərbaycanda üçüncü doza vaksinin vurulması təklifləri irəli sürüldü 

image

Son günlər COVID-19-a yoluxanların sayının artması ilə əlaqədar həkimlər həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, virusa yoluxanların əksəriyyəti peyvənd olunmayanlardır.

Xəbər verilir ki, ilk dozalardan əldə olunan immunitetin daha uzun müddətli olması məqsədi ilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanılıb.

Azərbaycanda avqustun əvvəli xəstəxanalarda 808 COVID-19 xəstəsi var idisə, indi bu rəqəm 2500-ü ötüb. Virusa yoluxanların çox olması xəstəxanalarda çarpayı ehtiyatının azalmasına və nəticədə gələcək günlərdə karantin rejiminin sərtləşməsinə gətirib çıxara bilər.

“Xəstəxanamızda yatan xəstələrin sayı 8-10 dəfə yüksəlib”.

Bu sözləri Yeni Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib:

“Reanimasiya şöbəsində də xəstələrin sayı durmadan artır. Artıq o həddə gəlib ki, bir rezerv yataqlarımızı da açmağa məcburuq”.

Hazırda ölkəmizdə əhalinin cəmi 24%-i vaksinasiya olunub. Bu da virus zəncirinin qırılması üçün kifayət edən rəqəmlər deyil. Pandemiyaya qalib gəlməyin yeganə yolu kütləvi vaksinasiyadır. Əgər ölkə əhalisinin 80%-i vaksinasiya olarsa, o zaman normal həyata qayıdışdan söhbət gedə bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45