Bazar ertəsi, 13 May

Əfqan miqrantların Bakıdakı aksiyası ilə bağlı DİN-dən AÇIQLAMA

image

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Əfqanıstandan Azərbaycana gələn miqrantların Bakıda aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı açıqlama verib.

Xəbər verilir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib.

“Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz şəkildə təşkil olunduğundan polis əməkdaşları onlarla profilaktik söhbət aparıb. Daha sonra isə aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, – nazirlik sözçüsü vurğulayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44