Bazar ertəsi, 20 May

Axtarış

forma” üzrə 2649 nəticə tapıldı

01.04.2021 - 11:32

"Onun günahı ucbatından 150-200 əsgər həmin korpusda öldü, Aydəmirov rüşvətxor deyildi" - ŞOK AÇIQLAMALAR

“Həmzəyevi korpus komandiri vəzifəsinə Ramiz Mehdiyev təyin etdirmişdi; Rövşən Əkbərov, Xəqani Cəbrayılov Nəcməddinin dəstəsinə daxil idilər”… Yarım ay öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun ətrafında gedən proseslər sabiq müdafiə naziri Səfər Əbiyevi də gündəmə gətirib. Bu, təsadüfi deyil, çünki həbsdəki general-leytenantın ordudakı fəaliyyətinin böyük bir hissəsi 1995-2013-cü


01.04.2021 - 10:11

Razi Nurullayevin qəzeti bağlanıb?

Son günlər bəzi kütləvi informasiya vasitələrinin maliyyə çatışmazlığı səbəbi ilə öz fəaliyyətini dayandırması barədə sosial şəbəkədə xəbərlər yayılır. Bu baxımdan adı hallanan media qurumları sırasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevə məxsusluğu qeyd edilən "Cümhuriyət" qəzeti və Cebhe.info saytı da var. İddia olunur ki, maliyyə çatışmazlığı səbəbilə xeyli


01.04.2021 - 09:50

Bakı gömrüyünün rəisi sahibkarın malını oğurlayıb?

Çindən satış üçün Azərbaycana şüşə qablar gətirən sahibkar - “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını iddia edir. Bununla bağlı sahibkar Ramil Aslanov ölkə rəhbərliyinə və müvafiq qurumların rəhbərlərinə açıq məktubla müraciət edib. Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovdan şikayətç


31.03.2021 - 20:00

“Ayə, çəkilin, Bəşir gəlir!“ qalmaqal yaratdı - VİDEO

Son günlər sosial şəbəkələrdə trend olan “Ayə, çəkilin Bəşir gəlir” meyxanası qalmaqal yaradıb. Belə ki, meyxanaya çəkilən klip bəzi şou nümayəndələrinin qınağına səbəb olub. Bu haqda paylaşım edən prodüser Tarix Əliyev (Tolik)  mərhum meyxanaçı Vüqar Biləcərinin qafiyəsinin “remix” formada ifa edilməsinə sərt reaksiya verib. O, "Bu gün bilmişəm ki, "Çəkilin, Bəşir gəlir" meyxanasının müəllifi gə


31.03.2021 - 19:40

Saatlarla Qarabağ savaşının videolarına baxan ABŞ əsgərləri: Qərb üçün “Qarabağ“ dərsi

Foreign Policy jurnalının Pentaqon və milli təhlükəsizlik reportyoru Cek Deç yazır ki, ötən payız Azərbaycan Dağlıq Qarabağda gedən hava müharibəsində Türkiyə istehsalı PUA-lar və kamikaze dronları ilə qalib gələndə, ABŞ-ın ordu strateqlərinə bir məsələ aydın oldu: İndi artıq qoşunları “tutmaq” və məhv etmək həm asan, həm də ucuz olub. Məqalədə deyilir ki, çox da baha olmayan döyüş


31.03.2021 - 18:30

“Deputatlara hər ay 50 min manat verilsin” - Partiya sədrindən şok təklif

Ağ Partiyanın sədri Tural Abbaslı sensasion sayılacaq təkliflə çıxış edib. Məlumata görə, partiya sədri Milli Məclisin deputatlarına hər ay əlavə müavinət verilməsini təklif edib. Bu gün “Müsavat” TV-nin qonağı olan siyasətçi fikrini millət vəkillərinin xərclərinin çox olması ilə izah edib: “Məlum olduğu kimi, Azərbaycanda parlament mojaritar seçki sistemi əsasında formalaşır. Bu isə o deməkdir ki, deputatlar müəyyən bir


31.03.2021 - 17:45

Ara Abramyanın Azərbaycandakı bacısının əri kimdir?

Azərbaycan və erməni xalqlarının yaxın gələcəkdə yaxınlaşmasının, birgəyaşayışının, normal qonşuluq münasibətinin yaranmasının mümkünlüyü barədə nə qədər deyilsə, təbliğat aparılsa da, hazırda mövcud olan mənzərənin tezliklə dəyişəcəyinə ümid etmək yersiz görünür. Buna xüsusilə də müharibədə acı məğlubiyyətə uğramış Ermənistanın siyasi arenası


31.03.2021 - 15:56

“Peyvəndimizi sizə sırımaq fikrimiz yoxdur, amma…” – PUTİN

Axır ki, Rusiya, Fransa və Almaniya liderləri arasında çoxdan gözlənilən görüş baş tutdu. Vladimir Putin, Emmanuel Makron və Angela Merkel martın 30-da videokonfrans formatında görüşüblər. Kremlin mətbuat xidməti görüşdə müzakirə olunmuş əsas mövzuların qısa icmalını təqdim edir: Donbas məsələsi Üç ölkəni təmsil edən müşavirlər Donbasdakı vəziyyətin qiymətləndirilməsi və həlli istiqamətində birlikdə çalışmağa


31.03.2021 - 13:27

Azərbaycanın tədiyyə balansında kəsir - Ölkədən çıxarılan valyuta daxil olanı üstələyib

2020-ci ildə Azərbaycanın tədiyyə balansında 1 milyard 987,7 milyon dollar kəsir yaranıb. Halbuki, 2019-cu ildə Azərbaycanın tədiyyə balansında 5 milyard 142.9 milyon dollar profisit olmuşdu. 2020-ci il üzrə Azərbaycan Respublikasının Tədiyyə balansında bildirilir ki,  xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ildə tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olmuşdur. Cari əməliyyatlar balansına əsas ixrac qiymətlərinin dəyişimi


31.03.2021 - 13:09

Məzahir Pənahov gedir, onu kim əvəz edəcək? - FOTO

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması gözlənilir. Əldə olunan məlumatlara görə VI çağırış Milli Məclis 2020-ci ilin əvvəlində formalaşsa da, MSK-nın tərkibi hələ də yenilənməyib. Qanunvericiliyə əsasən, MSK-nın üzvlərini yeni formalaşmış Milli Məclis seçir. Qanuna əsasən, Mərkəzi Seçki Komissiyasının tərkibi 18 nəfərdən ibarətdir. Qurumun 6 üzvü deputatları Milli Məclisdə çoxluq


31.03.2021 - 11:28

Əli Həsənovun imperiyası: Vəzifədən getsə də, dövlətin “yaxasını” buraxmır

Ömrünün böyük hissəsini yüksək vəzifələrdə keçirən, siyasi hakimiyyətdəki mövqelərindən, əlaqələrindən, hakim YAP-dakı statusundan və s. istifadə edərək misilsiz dərəcədə varlanan, böyük biznes quran məmurların sırasında “Qaçqınkom”un sabiq sədri Əli Həsənovun xüsusi yerinin olduğu heç kimə sirr deyil. “Köhnə qvardiya”nın “parlaq simalarından” olan Ə.Həsənovun varidatına


31.03.2021 - 11:07

“Ordudakı işgəncə halları Nəcməddin Sadıkovun adıyla bağlıdır“ - İlham İsmayıl

Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun Bakıya gətirilməsinə dair məlumatlar var. Onun vaxtilə orduda baş vermiş bir sıra qanun pozuntuları və “Tərtər işi” ilə bağlı dindirilməsi ehtimal olunur. Görəsən, Nəcməddin Sadıkov istintaqa cəlb edilə bilərmi? Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki, bu barədə dəqiq informasiya


Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41