Şənbə, 20 Aprel

Azərbaycanın tədiyyə balansında kəsir - Ölkədən çıxarılan valyuta daxil olanı üstələyib

image

2020-ci ildə Azərbaycanın tədiyyə balansında 1 milyard 987,7 milyon dollar kəsir yaranıb. Halbuki, 2019-cu ildə Azərbaycanın tədiyyə balansında 5 milyard 142.9 milyon dollar profisit olmuşdu.

2020-ci il üzrə Azərbaycan Respublikasının Tədiyyə balansında bildirilir ki,  xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ildə tədiyə balansının əsas komponenti olan cari əməliyyatlar balansı (CƏB) tarazlığa yaxın olmuşdur. Cari əməliyyatlar balansına əsas ixrac qiymətlərinin dəyişimi təsir göstərmişdir. Bu dövrdə qeyri-neft sektoru üzrə CƏB-in yaxşılaşması davam etmişdir. Pandemiya şəraitində qeyri-neft sektoru üzrə əmtəə və xidmət idxalının azalması tədiyə balansına tarazlaşdırıcı təsir göstərmişdir.

Cari əməliyyatlar hesabında kəsir

2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227.6 milyon dollar və ya ÜDM-in 0.5%-ni təşkil etmişdir (2019-cu ildə 4.4milyard dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilə nəzərən (ö.i.n.) 2.3 dəfə azalaraq 5.1 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 25.4% azalaraq 5.3 milyard dollar məbləğində olmuşdur.

Xarici ticarət balansı 

2020-ci il üzrə xarici ticarət dövriyyəsi 22.7 milyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 8.9 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 6.4 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 2.5 milyard dollar həcmində profisit yaranmışdır. 

Tədiyə balansı nədir?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir.  Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. 

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20