Çərşənbə, 26 İyun

Gürcüstanda şəxsi avtomobildə siqaret çəkmək qadağan olunur

image

Gürcüstan parlamenti taksi, qayıq və şəxsi avtomobillərdə siqaret çəkməyi qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Xəbər verilir ki, parlamentin növbədənkənar iclası zamanı 79 nəfər sözügedən qanun layihəsinin lehinə, 2 nəfər isə əleyhinə səs verib.

Yanvarın 1-dən etibarən ölkədə sükan arxasında siqaret çəkən taksi sürücüləri, eləcə də avtomobildə uşaq olarkən siqaret çəkən şəxslər üçün yeni cərimələr tətbiq olunacaq.

Belə ki, taksi sürücüləri sözügedən hallarda 200, şəxsi avtomobildə siqaret çəkən sürücülər isə 50 lari cərimə olunacaq.

Qanun təkrar pozulduqda sürücü iki qat cərimə olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39