Şənbə, 27 Aprel

ABŞ vitse-prezidenti Rusiyanı yenə hədələyib - Ukraynaya görə

image

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Kamala Harris bəyan edib ki, Ukraynaya görə Rusiyanı yeni sanksiyalar gözləyə bilər. 

Xəbər verilir ki, Vaşinqton öz möqeyini müttəfiqləri ilə koordinasiya edir və bunu Rusiya hakimiyyətinin nəzərinə çatdırır.

«Biz, Rusiya ilə birbaşa danışırıq. Biz, çox aydın bildiririk ki, Rusiyanın Ukraynanın suverenliyinə təcavüz etməsi gərək deyil və biz, onun ərazi bütövlüyünü müdafiə edirik» - Avropada yaxın bir neçə həftədə «qızğın müharibə» başlayacaqmı - sualına cavab verərkən, Harris deyib.

Vitse-prezidentin sözlərinə görə, Vaşinqton aydın bildirib ki, elə sanksiyalar tətbiq etməyə hazırdır ki, hələ görməmisiniz. ABŞ ilk dəfədir ki, Rusiyaya qarşı görünməmiş fəaliyyət barədə bəyan edir.

Dekabrın əvvəlində dövlət katibi Entoni Blinken xəbərdarlıq edib ki, Kiyev və Moskva arasında hərbi münaqişə halında Vaşinqton iqtisadiyyat sahəsində fövqəladə işlək tədbirlər görəcək. ABŞ əvvəllər bundan çəkinib. Bu barədə həm də dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan edib.

Qərb KİV-ləri və siyasətçiləri son aylarda iddia edirlər ki, Moskva ordunu Ukrayna sərhədinə cəmləyir. Moskvada isə qeyd edirlər ki, Rusiyanın təcavüzü barədəki bəyanatlar NATO kontingentinin sərhəd bölgələrində cəmləşdirilməsi üçün bir bəhanədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36