Bazar ertəsi, 29 Aprel

“Demokratiya termini mənim üçün mənasını itirib” - Lavrov

image

“Müasir reallıqlarda “demokratik dövlət” termini öz mənasını itirib”.

Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub-kanalında Vladimir Solovyova verdiyi müsahibəsində deyib. 

“Bu gün “kimin indi demokratiya olması, kimin demokratiya olmaması” əhəmiyyət kəsb etmir. Terminlər mənim üçün bütün mənasını itirib. Siz indi Baydenin təşkil etdiyi demokratiya sammitini qeyd etdiniz. Diqqətlə baxsaq, sammit iştirakçıları heç də Amerika demokratiyası kriteriyaları, eləcə də amerikalıların demokratik dövlət üçün nümunəvi hesab etdiyi kriteriyalar əsasında seçilməyib”, - deyə Lavrov söyləyib.

Qeyd edək ki, ABŞ tərəfindən təşkil olunan “Demokratiya sammiti” dekabrın 9-u və 10-u videokonfrans formatında keçirilib. Sammitdə dövət başçıları, hüquq müdafiəçiləri və biznesmenlər iştirak edib. Rəsmi Vaşinqton sammitə 100 dövlət və ərazini dəvət edib. Sammitə dəvət olunmayan ölkələr sırasında Azərbaycan, Türkiyə, Rusiya, Çin və s. digər ölkələr olub.

Həmçinin oxuyun: Azərbaycanın dəvət olun

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39